Belarusda etirazçılara atəş açılır - VİDEO
10-08-2020 [10:43]
Belarusda ötən gün keçirilən prezident seçkilərinin nəticələrinə etiraz olaraq müxalifət tərəfdarları paytaxt Minskdə və digər iri şəhərlərdə dünən gecədən etiraz aksiyaları keçirməyə cəhd göstərir. Lakin Belarus təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına sərt müdaxilə edir.
Minskin Qələbə meydanında dünən gecə yarısını keçmiş etiraçılarla milis arasında toqquşmalar başlayıb. Təhlükəsizlik qüvvələri səs-işıq qumbaraları atır, müxalifət isə feyerlər yandırır və onları milisə tərəf atır. Mitinqçilər arasında yaralananlar olub. Habelə “Mink-qəhrəmanlar şəhəridir” abidəsinin qarşısında da toqquşmalar baş verib. Milis səs qumbaraları tətbiq edib. Etirazçılar isə zibil yeşiklərindən barrikadalar qurmağa başlayıb.
Səhərə yaxın OMON insanları şəhərin mərkəzindən sıxışdırmağa nail olub. Lakin Belarus KİV-ləri küçələrdə insanların sayının getdikcə artdığını bildirir. Daxili İşlər Nazirliyi operativ qərargah yaradıb, o cümlədən bütün rayon şöbələrində belə qərargahlar təşkil olunub.
Digər xəbərlərə görə Minskin mərkəzində atəş səsləri eşidilir. İki güclü partlayış da baş verib. “RİA Novosti “ Maşerova və Storojovski küçələrinin kəsişməsində tüstü buludunun havaya qalxdığını bildirir. Telegram-kanallarda yayılan xəbərlərə görə Minskin “Yubileynaya” otelinin və İdman Sarayının qarşısında çoxsaylı insan kütləsi toplaşıb. OMON onlara müdaxilə edib, insanlar qaçıb ağacların və kolların arasında gizlənməyə çalışıblar.
Minskin “Belarus “ kinoteatrı səmtində də minlərlə insanın yürüşə çıxdığı bildirilir. OMON onlara boş patronlarla, bəzi məlumatlarə görə isə rezin güllələrlə atəş açıb. Başqa bir küçədə dustaqları daşımaq üçün nəzərdə tutulan maşını etirazçılar kütləsinin üzərinə sürüblər, bir nəfər yıxılıb. Digər etirazçılar dərhal onun ətrafına toplaşıblar, bu zaman onlara səs-işıq qumbaraları atıblar. 5-6 nəfər ciddi xəsarət alıb. Təcili yardım maşını gəlib. Maşınla vurulan etirazçının reanimasiyada olduğu bildirilir.
Minsklə yanaşı Moqilyov, Vitebsk, Brest və digər şəhərlərdə də etirazlar qeydə alınıb. Qrodno şəhərində milis gözyaşardıcı qaz tətbiq edib. Etirazların olduğu şəhərlərdə həbslər aparılır.
Belarusdan informasiyaların əldə edilməsi çətinliklə baş verir. Çünki bütün ölkə üzrə internetdə problemlər var. Hazırda Minskin mərkəzi küçələrini yük maşınları və xüsusi texnika ilə bağlayıblar.
Xatırladaq ki, Belarus hakimiyyətinin təşkil etdiyi exit-poll nəticələrinə görə Aleksandr Lukaşenko 79 faizdən çox səs toplayıb. Onun əsas rəqibi Svetlana Tixanovskaya isə 7 faizə yaxın səsə kifayətlənməli olacaq.
Virtualaz.org
Açar sözlər
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq