Səbaildə gizli işləyən uşaq bağçası aşkarlandı: hamamda gizlədilən 7 uşağa görə ər-arvad cərimələndi
08-08-2020 [10:49]
Səbail rayonu, Əlibəyov qardaşları küçəsi 42, mənzil 9-da yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.
Daxili İşlər Naziriyindən Mia.az-a bildirilib ki, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana yollanıblar. Baxış zamanı qeyd edilən ünvanda yaşayan Səfərəli Mikayılov və onun həyat yoldaşı Yeganə Mikayılovanın karantin qaydalarını kobud sürətdə pozaraq bağça təşkil etdikləri məlum olub.
Qeyd edək ki, ev sahibləri polis əməkdaşlarını görən kimi əvvəlcə bu fəaliyyətlə məşğul olmadıqlarını bildiriblər. Hətta onlar mənzildə olan azyaşlıları hamam otağında gizlədərək məsuliyyətdən yayınmağa da çalışıblar. Amma polis əməkdaşlarının ortaya qoyduqları təkzibedilməz sübutlar qarşısında Səfərəli Mikayılov və Yeganə Mikayılova etdikləri qanun pozuntusunu etiraf ediblər. Mənzilə baxış zamanı 7 azyaşlı uşaq müəyyən edilib və onların valideynləri təhvil veriliblər. Bağçanın sahibləri saxlanılaraq Polis Bölməsinə aparılıblar. Həmin şəxslərə ciddi xəbərdarlıq edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri ayrı-ayrılıqda 400 manat məbləğində cərimə ediliblər.
Qeyd edək ki, övladlarının sağlamlıqlarını risk altına qoyan valideynlər də məsuliyyətdən yayına bilməyiblər. Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və onlar cərimə olunublar.
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq