Sahil Babayev pensiya və müavinətlərlə bağlı hesabat verdi
06-08-2020 [17:43]
“Sizin tapşırığınızla, həmçinin işsizlikdən sığorta mexanizminin sadələşdirilməsi və genişləndirilməsi üçün təkliflər hazırlandı. Hazırda Sizin tərəfinizdən büdcə dürüstləşməsi zərfi çərçivəsində Milli Məclisə təqdim olunub. Bu qanun layihələrinin qəbul edilməsi imkan verəcək ki, işsizlikdən sığorta ödənişinin həcmini 20 min insana biz artıq bu il ərzində çatdıraq”.
Mia.az-ın məlumatına görə, bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, bu il sosial müdafiə tədbirləri də genişlənərək davam edib: “Pensiya, müavinət, təqaüdlər üzrə iki milyon şəxsi əhatə edən sosial ödənişlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz, yəni 590 milyon manat artdı və vaxtında, hətta bir çox hallarda vaxtından əvvəl vətəndaşlarımıza ödənildi. Bunu bir daha xüsusi olaraq vurğulamaq istərdim ki, bu ödənişlərin pandemiya dövründə belə vaxtından əvvəl və artaraq ödənilməsi Azərbaycanın minimum pensiya üzrə MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerdə, orta pensiya üzrə isə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerdə qərarlaşmasını təmin etdi.
Cənab Prezident, sosial təminat proqramlarımız da genişləndi. Ünvanlı sosial yardım proqramının artırılması, əlavə 14 min ailənin, 58 min şəxsin bu proqrama cəlb olunması, digər tərəfdən mənzil və avtomobil təminatı proqramımızın genişləndirilməsi çox önəmli rol oynadı. Sizin altı aylıq sosial-iqtisadi inkişafa dair keçirdiyiniz müşavirədə verdiyiniz tapşırığa uyğun olaraq, artıq 554 mənzil vətəndaşlarımıza təqdim edilib. Yəni, təkcə son 20 gün ərzində 250 mənzil vətəndaşlara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Siz Bakı şəhərində yerləşən binanın açılış mərasimində iştirak etdiniz və şəhid ailələrinə bu mənzilləri təqdim etdiniz. Digər tərəfdən, Sizin çağırışınıza səs verən sosial tərəfdaşlarımızın köməyi ilə 100 min ailəyə iki dəfə, yəni faktiki 200 min ərzaq payı təqdim olundu. Burada əsas əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan ailələr, çoxuşaqlı ailələr, aztəminatlı digər kateqoriyadan olan insanlara dəstək tədbirləri göstərildi.
Əlbəttə, sosial təminat sahəsində çox önəmli bir yeri də məhz tənha yaşayan ahıl şəxslər tutur. Burada da verilmiş tapşırığa uyğun olaraq, ölkə üzrə 65 yaşdan yuxarı 15 min tənha şəxs nazirliyin sosial xidmətçiləri tərəfindən gündəlik xidmətə götürüldü. Eyni zamanda, mindən artıq əlilliyi olan, sağlamlıq imkanı məhdud uşaqlar bizim sosial xidmət müəssisələrimizdə 24 saatlıq tam xidmətə götürüldü. Əlavə olaraq bildirim ki, bu dövr ərzində - aprel ayından bu günədək 10 mindən çox şəxsə də reabilitasiya vasitələri təqdim edildi. Bu da əlilliyi olan şəxslər üçün daha bir dəstək tədbiri idi”
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb