Beynəlxalq fövqəladə vəziyyət rejimi 3 ay müddətinə uzadılıb - COVİD-19-a görə yeni qərar

img

01-08-2020 [23:15]


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb.

Bu barədə ÜST-ün Fövqəladə Vəziyyət üzrə komitəsinin Cenevrədə keçirilmiş müşavirəsinin yekununda bildirilir.

Vurğulanır ki, komitə "beynəlxalq narahatlığa səbəb olan pandemiyanın hələ ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaratması ilə yekdilliklə razılaşıb". Komitə rejimin uzadılması haqqında tövsiyəsini baş direktor Tedros Adanom Qebreyesusa təqdim edib və ÜST rəhbəri təkliflə razılaşıb.

Bununla əlaqədar olaraq "komitə baş direktorun qərarı ilə üç ay ərzində yenidən çağırılacaq", - xəbərdə deyilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA