"Hər ay 4-5 manatlıq işıq, ondan az qaz xərclərim olur..." - Deputat "Pul mənim üçün məqsəd və ya motiv olmayıb" deyir
01-08-2020 [12:22]
“Bundan öncə paylaşdığım yazıda (maliyyə hesabatında) unutduğum şeylər oldu, onları burada yazıram. Bildirim ki, heç bir bankda kreditim və ya depozitim yoxdur. Heç bir şirkətin səhmdarı deyiləm”.
Mia.az xəbər verir ki, bunları millət vəkili Erkin Qədirli 5 aylıq maliyyə hesabatına əlavə olaraq deyib.
Deputat bildirib ki, adına yalnız bir əmlak var, o da 2007-ci ilin buraxılışı olan “Toyota Corolla”dır:
"2007-ci ildə Toyota Mərkəzindən 3 illik kreditlə almışdım. Maşının qiyməti 20 min manat, ilkin ödəniş isə 2 min manat olub (10%). Krediti “Bank of Baku”dan götürmüşdüm, öz seçimim deyildi, Toyota onlarla işləyirdi. Krediti yanılmıramsa, 22%-lə almışdım (elə verirdilər). Maşınımı aldığım vaxt ayda 2 min 100 manat maaş alırdım, onu da qeyd edim ki, xarici layihədə çalışırdım. Maşın üçün aylıq ödənişim 700 manat olub. 2011-ci ildə krediti bağlamışam. Arada işsiz qaldığıma görə, maddi sıxıntılarım oldu, ona görə kredit ödənişlərim bir qədər yubandı”.
Deputatın sözlərinə görə,adına daşınmaz əmlak yoxdur:
“Ağlınıza korrupsiya sxemlərini gətirməyin. İş elə gətirib. Bunu izah etmək üçün gərək şəxsi həyatımla bağlı detallara girim, onu isə etmək istəmirəm. Bunun deputatlığımla əlaqəsi yoxdur. Bundan öncə paylaşdığım hesabatımda xərclərimlə bağlı suallar oldu (mənə göstərdilər). Şəxsi xərclərimin inandırıcı olmayan dərəcədə az olduğunu yazanlar olub. Güman ki, belə suallar məlumatsızlıqdan qaynaqlanır (başqa şeyi ağlıma gətirmək istəmirəm).
Məlumatsızlığınızın mənbəyi də özüməm, çünki hesabatda bəzi şeyləri yazmamışam. Niyə yazmamışam? Çünki onlar maddi məlumatlar deyillər. Amma bir halda ki, sual verildi, şübhə oyandı, cavabımı yazım. Mən tək yaşayıram. 2014-cü ildə yoldaşımla boşandıq. Şəxsi ehtiyaclarım çox deyil, istəklərim ondan da azdır. Aylıq təxminən 4-5 manatlıq işıq sərfiyyatım olur. Yalnız oturduğum otağın işığını yandırıram, böyük lampaları işlətmirəm, qaranlığı sevirəm. Yalnız yay aylarında kondisionerə görə işıq xərclərim bir qədər artır. Qaz xərclərim lap azdır, çünki evdə nadir hallarda özümə nəsə bişirirəm. Yalnız qış aylarında kombi günə 1 manat yandırır. Onu da çox soyuq və güclü külək olanda işlədirəm, çünki soyuğu sevirəm. Ən sabit xərcim internetdir - ayda 18 manat. Telefonla çox az daşınıram, çünki telefonda danışmağı sevmirəm. Yemək xərclərim azdır. Geyim xərclərim isə lap azdır. Mühafizəkar olduğuma görə, şəxsi həyatımda yenilik arzulayan birisi deyiləm. Paltarı ancaq ehtiyacım yarananda, məsələn, cırılanda, söküləndə alıram. Deputat olandan bəri özümə yalnız iki köynək, kostyumla geyinmək üçün bir cüt ayaqqabı, kəmər, bir neçə cüt corab və altpaltarı almışam.
Ayrıca, bundan öncə paylaşdığım hesabatda ancaq kartdan olan ödənişlərimi yazmışam. Mən ərzağa kartdan nadir hallarda pul xərcləyirəm. Əksər hallarda ərzağı evimin yanında olan kiçik dükanlardan nağd pulla alıram. Başqa nağd xərclərim də olur. Ümid edirəm, deputat olana qədər pulsuz yaşadığımı düşünmürsünüz və ona qədər çox olmasa da, bir az pul yığdığımı güman edə bilərsiniz.
Ümumiyyətlə, harada və necə işlədiyimdən asılı olmayaraq, barəmda hər zaman çeşidli söz-söhbətlərin olduğunu bilmişəm. Nədənsə, çoxları aza qane olduğumu, rüşvət almadığımı və s. ağlına gətirmirdi".
Deputat bildirib ki, 12 il BDU-nun Hüquq fakültəsində dərs deyib: "Axıra qədər barəmdə "əşşi, bu da alır", "ola bilməz ki, almasın", "özünü sadə göstərir, amma yoxlasan, nə qədər pulu çıxar" sayağı dedi-qodu gəzdi. İlk illərdə bu, məni çox rahatsız edirdi. Sonra alışdım. Üstəlik, onsuz da əsas rəyi tələbələr verirdi, ondan isə çox rahat idim. 12 il ərzində üst-üstə minlərlə tələbəyə dərs dedim, birinin də rüşvət aldığımı söyləməyə əsası olmadı. İndi deputatam və eyni dedi-qoduların olduğunu görürəm. Yalnız, bu dəfə belə şeylər məni rahatsız etmir. Mən o psixoloji aşırımı çoxdan keçmişəm. Bunu da yazım, inanmasanız da olar. Kimsəni inandırmaq kimi bir məqsədim yoxdur. İstəklərimin çox az olduğunu yuxarıda yazmışam. Məsələ ondadır ki, həyatda istədiyim şeylərin çoxunu pulla almaq olmur. Ona görə də pul mənim üçün heç zaman məqsəd və ya motiv olmayıb. Bir deyimdə olduğu kimi, pulla çarpayı ala bilərsiniz, amma yuxu ala bilməyəcəksiniz. Mən belə yaşayıram”.
Xatırladaq ki, millət vəkili ötən gün Qurban bayramına görə deputatlara verilən və sosial şəbəkələrdə müzakirəyə səbəb olan məsələ ilə bağlı açıqlama yayıb. O, xalq qarşısında 5 aylıq gəlirinin hesabatını verib və bildirib ki, mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat pul alıb. Ortalama, aya 3.3 min manat gəliri əldə edib və bunlar ancaq maaş hesabına olub.
Mia.az
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur