"AZƏRBAYCAN BİZİ ACLIQDAN, ÖLÜMDƏN XİLAS EDİB" - Saakaşvilidən gürcü iqtidarına mühüm mesaj + VİDEO
29-07-2020 [23:21]
Son dövrlər cəbhənin Tovuz istiqamətində ermənilər tərəfindən törədilən təxribat zamanı Azərbaycana qarşı Serbiya istehsalı olan silahlardan istifadə edilməsi barədə məlumatlar yayılıb.
İddia edilib ki, bu silahlar Serbiyadan Gürcüstan vasitəsilə Ermənistana aparılıb.
Məsələ ilə bağlı Gürcüstanın rəsmi şəxsləri bu məlumatı təkzib edərək ölkə ərazisindən Ermənistana heç bir silahın keçirilmədiyini bildiriblər.
Mia.az xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili mövzu barədə İctimai Televiziyaya müsahibə verib:
- Belə bir fikir var ki, 2008-ci ildə Gürcüstanın dar günündə Azərbaycan ona yardım əli uzatmışdı. Bu barədə nə düşünürsünüz?
- Azərbaycan bizə çox yardım edib. İlk növbədə 2005-ci ili yada salmaq istərdim. O zaman bizdə böyük enerji böhranı var idi. Gürcüstama daxil olan qaz boruları və elektrik xətləri kəsilmişdi. Azərbaycan bizi – milyonlarla gürcüstanlını soyuqdan qurtardı. Hətta deyərdim, aclıqdan, ölümdən xilas etdi. Bu, bir neçə həftə davam edirdi. Nə mən, nə Gürcüstan xalqı bu köməyi heç vaxt unutmarıq. Bundan sonra 2008-ci ildə ölkəmiz təcavüzə məruz qaldıqda Azərbaycan iqtisadi müstəvidə enerji hasilatı yönündə bir sıra tədbirlər gördü ki. Bunlar Gürcüstan üçün həyati əhəmiyyət daşıyırdı. Bu, əsl dost, əsl qardaş dəstəyi idi. Heç də hər qardaş Azərbaycanın göstərdiyi köməyi göstərməzdi. Belə məsələlər nəsillər, yüzilliklər boyu yaddaşlarda qalır.
- Azərbaycanla Gürcüstan arasındakı münasibətlər regionun inkişafı baxımından niyə strateji əhəmiyyət daşıyır?
- Çünki Azərbaycan və gürcüstan iki qardaş ölkədir. Ölkələrimiz Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında yerləşir və bu, çox mühüm rol oynayır. Həmçinin, xalqlarımız bir-birini sevir. Gürcüstanda çox böyük Azərbaycan icması var. Gürcütsan Azərbaycan üçün dünya bazarlarına çıxışı təmin edir. Azərbaycan Gürcüstan üçün əsas sərmayə, dəstək və ümumi inkişaf amilidir. Ona görə, bu, demək olar ki, ideal bir uyğunluqdur.
- Son dövrlər Gürcüstan hökumətinin Serbiya silahlarını Gürcüstan ərazisi üzərindən Ermənistana ötürməsi barədə məlumat yayılıb. Bu məlumata münasibət bildirə bilərsiniz?
- Bu məlumat yoxlanıb təsdiqlənsə, ölkələrimiz arasındakı ənənəvi dostluq, xoşməramlılıq və qardaşlıq siyasəti ilə ciddi ziddiyyət təşkil edəcək. Təbii ki, Gürcüstan regionda münaqişələrin yox, sülhün bərqərar olmasında maraqlıdır. Biz anlamalıyıq ki, Gürcüstanın indiki hökuməti tam müstəqil deyil. Onlar güclü xarici təsir altındadır. Bu, məhz Gürcüstanın xaricindən verilən tapşırıq ola bilər, Gürcüstan xalqının istəyi yox. Ölkəniz Gürcüstanın inkişafı üçün vacib amildir. Bizim Azərbaycanla münasibətlərimiz o səviyyədədir ki, onlara qarşı atılmış hər bir addım Gürcüstan xalqına qarşı atılmış bir addımdır.
- Bu məlumat istər Azərbaycanın rəsmi dairələrində, istərsə də ictimaiyyətdə çox böyük qınaqla qarşılandı. Bu, iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər?
- Yenə də məlumat təsdiqlənsə, bu addım tək Azərbaycan xalqına qarşı yox, Gürcüstan xalqına da qarşı atılmış bir addım olacaq. Bu addım regionda sülhə qarşıdır, mənim şəxsi fundamental prinsiplərimə qarşıdır. Bunu təşkil edən insanlar cəzalandırılmalıdır. Azərbaycanın Gürcüstana bütün bu illər ərzində etdiyi yaxşılıqların müqabilində, bu, çox böyük nankorluq olar. Minnətdarlıq anlayışı təkcə insanlara yox, ölkələrarası münasibətlərə də xasdır. Bizim Azərbaycana qarşı nankorluq etməyə heç bir səbəbimiz yoxdur. Biz Azərbaycana dərindən minnətdar olmalıyıq.
- Gürcüstanda parlament seçkiləri yaxınlaşır. Bu məlumat seçkilərin nəticələrinə necə təsir göstərəcək?
- Düşünürəm ki, son 2 seçkilər zamanı Gürcüstanın müasir tarixində ilk dəfə olaraq Gürcüstan azərbaycanlıları müxalifətə səs verdilər. Mənim üçün bu çox əlamətdardır. Bu o deməkdir ki, azərbaycanlılar da gürcülərlə yanaşı, özlərini ölkənin sahibi hiss edirlər və ona görə məsuliyyət daşıyırlar. İndiki hakimiyyət onlarla oyun oynaya bilməz. Onlar Gürcüstanın vətənpərvərləridir. Onlar Gürcüstan üçün çox iş görüblər və gələcəkdə də görəcəklər. Biz onları Gürcüstan hökumətinə daha çox inteqrasiya etməliyik. Çünki onlar da Gürcüstan cəmiyyətinin üzvləridir. Bu nöqteyi-nəzərdən Gürcüstan azərbaycanlıları təzyiqə və hədələrə rəğmən, bu seçkilərə də əsl vətənpərvərlər kimi baxıb azad seçim etməlidirlər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb