25-10-2013 [15:29]
Kitab oxumaq çox cəlbedici və eyni zamanda faydalıdır. Hər dəfə hər hansı bir kitabı oxuyarkən yeni bir şey öyrənirsən, lakin mənə elə gəlir ki, oxuduqca oxumaq istəyirsən, artıq dayana bilmirsən və bu da bir tərəfdən çox yaxşıdır. Nə qədər çox oxusan bir o qədər də bilik savad toplayırsan. Kitab insanın iç dünyasını zəngin edir. Kitab insanın ən yaxın dostu sirdaşıdı. Kitabdan alınan məlumat hər zaman çox lazımı və xeyirlidir. Nə yaxşı bu kitabxanalar var, əvvəllər kitabxanaya getməyi heç sevmirdim, həvəsim yox idi, amma indi çox həvəsliyəm, doğrusu 7 yaşımdan kitab oxumağa başlamışam. Məktəbdə, institutda oxuyanda kitablarla nəfəs alırdım, hətta onlara sirdaş kimi baxıb onları oxuduqda rahatlaşırdım. Oxuduğum ən birinci kitabım Ceyms Hedli Çeyzin detektiv janrda olan əsərləri və müxtəlif yazıçıların romanları olub, bir zamanlar isə tamamilə kitab oxumaqdan uzaqlaşmışdım necə deyərlər imtina etmişdim. Evdə sevimli kitablarım ilə dolu böyük kitabxanam var idi, hamısını qohum-əqrəbaya, tanışlara payladım ki, sizlər oxuyun mən istəmirəm. Hətta kitab oxuyanlara da münasibətim bir mənalı idi, yəni mənfi, onlara bir təhər baxırdım, halbuki özüm kitab həvəskarı idim. O vaxt yəqin kefim yox idi və ya hansısa müəyyən səbəblərə görə kitablardan uzaqlaşdım, indi istəmirəm xırda məsələlərə toxunum, sadəcə bir zamanlar sevə-sevə kitab oxuyan Leyla, o oxumadığı vaxtlarından çox heyfsilənir, təəssüflənirəm ki, necə axı mən birdən-birə kitab oxumağı tamamilə atdım, necə, niyə, hansı ağıl ilə, düz 5-6 il kitabı əlimə də almadım, onun üzünə də baxmadım, təəssüflər olsun o günlərə, çünki kitab oxumaqdan yaxşı, faydalı heç bir şey yoxdur, insan çoxlu maraqlı, mənalı məlumatlar əldə edir, həyatı anlayır, dərk edir, haradasa özünü tapır, yəni kitab oxumaq hər insan uçün çox vacibdir. Doğrudur indi 21-ci əsrdir və hər bir şeyi müasir kompyuter həll edir. Hər hansı bir kitabı internetdə tapa bilərsən, elə ordaca ya qısa məzmununu oxuya bilərsən, ya da ki, kserosürət edib, oxuya bilərsən. Ancaq kitabdan aldığımız bilik heç bir yerdə tapılmaz. İnternet tam məlumatları vermir, yəni bu məlumat kifayət etmir. Nə qədər çox internetdən istifadə etsək də, kitabın yerini vermir, yəni tam, bütöv istədiyimizi hərdən heç internetdən əldə edə bilmirik, axtar ki axtar. İndi isə kitab mənim dostumdur, mən artıq anladım ki, oxumaq, oxumaq, yenə də oxumaq mənim üçün önəmlidir, ziyanlı yox, əksinə çox faydalıdır, yenə də o 5-6 il əvvələ qayıdıram və kitabın əhəmiyyətini anlayıram. İndi həvəslə yolum düşəndə kitabxanaya da gedirəm, çoxlu kitablar da alıram, yəni o itirilmiş günləri qaytarıram. "Ali və Nino” kitab dükanına tez-tez baş çəkirəm, demək olar ki, artıq oranın daimi müştərisiyəm, orda bütün satıcılar məni tanıyır və ora daxil olanda yanıma yaxınlaşır və hər dəfə yeni kitablar məsləhət görürlər. Həftədə iki dəfə kitabxanaya gedirəm və oranın bütün kitablarını bir gündə oxumaq niyyətində oluram, hərdən elə istəyirəm nə isə yeni bir şey öyrənim. Kitabxananın ab-havası isə tam ürəyimə rahatlıq və mənəvi qida verir, orda elə bil lap evdəki kimi tam başqa bir mühit olur. Saatlarla oturmaqdan yorulmuram. Orda çox da olmasa az-maz oxucularla rastlaşıram. Onlara baxanda oxumağa marağım daha da çox artır, çünki oxucular maraqla və gözünü kitabdan çəkmədən oxuyurlar. Elə bil hamısı bir ağızdan mənə deyir: "Ay Leyla otur səndə oxu bizə baxmaqdansa, ürəyin istədiyi kitabı seç oxu”. Mən kitabxanaya gedəndə çalışıram ki, həm əcnəbi, həm də bizim yerli yazıçıların romanlarını oxuyum. Əcnəbilərdən ən sevdiyim yazıçı Qabriyel Qarsiya Markesdir, onun demək olar ki, bütün roman və əsərlərini oxumuşam. Məmnuniyyətlə və maraqla Markesin romanlarını oxuyuram və deyərdim ki, o yazıçının romanlarını oxumaq mənim üçün çox rahatdır,çox asan dil ilə yazır və daha da ürəyimcə olan romanları var. Daha sonra Nabokov, Dostoyevskiy, Mark Tven, Edqar Alan Po, Onore de Balzak, Çarlz Dikkens, Paulo Koelyo kimi məhşur yazıçıların əsərlərini oxuduqca yorulmuram, çünki çox maraqlı və eyni zamanda olduqca düşündürücü əsər və romanlardır. Və ən əsası zövqümcədir. Mənim çoxlu yazıçı dostlarım var, onlar mənə öz şəxsi imzaları ilə kitablarını da bağışlayıblar, fürsət düşən kimi onlarla görüşüb, kitab barədə söhbət edib, kitablarını öz şəxsi imzaları ilə əldə edirəm. Hər hansı bir kitabı əldə edirəmsə, çalışıram, mütləq müəllifin imzasını alım sonra isə onlar məndən xahiş edib deyir ki, oxuyub bitirəndən sonra fikirlərinizi bildirməyi unutmayın. Bir çox romanlar, tarixi romanlar oxumuşam və hələ də oxumaqda davam edirəm. Onların bir neçəsinin adını çəkmək istərdim: gənc və istedadlı yazıçı Sərdar Aminin "Qaratoyuq nəğməsi”ni dəfələrlə oxumuşam, oxuduqca oxumaq istəyirəm, çox həyatı romandır, mənalı və maraqlıdır, dəyərli yazıçı Yunus Oğuzun "Nadir Şah” tarixi romanını elə şəxsən öz əllərindən əldə etmişəm və məmnuniyyətlə hal-hazırda oxuyuram, olduqca zəngin hadisələri özündə əks etdirən tarixi bir romandır, həm də çox maraqlıdır, asan dil ilə yazılıb, digər dostum yazıçı Kənan Hacının "Yağ kimi” və digər romanlarını, yeri gəlmişkən Kənanın romanlarını çox sevirəm və onlar çox məntiqlidir. Eyyub Qiyasın "Sonuncu Büt” adlı romanını bu da deyərdim çox maraqlı bir kitabdır. Tanınmış yazıçı Şərif Ağayarın "Xanım T” adlı kitabını da müəllifin əllərindən şəxsən əldə edib məmnuniyyətlə oxuyacağam, kitabda bədii və publisistik yazılar toplanıb, hansılar ki, insanı çox cəlb edir, yəni çox maraqlıdır. Hal-hazırda bir-bir oxuyuram. Yəni bir kitabı oxuyub bitirdikdən sonra mütləq başqasına keçib o kitabı necə deyirlər oxuyub feyzyab oluram, sanki həmin kitablardan bilik alıram, əlavə savada yiyələnirəm və bilmədiyim şeyləri öyrənməkdə sevinirəm.
Mən çox tez-tez kitab təqdimatlarına gedirəm, müxtəlif müəlliflərin kitab təqdimatlarına dəvət alanda çox sevinib məmnuniyyətlə o dəvət etdikləri yerə gedirəm. Ümumiyyətlə bu təqdimatlar çox könlümcə olan bir yığıncaqlardır. Bunun bir müsbət cəhəti var ki, hər dəfə nəisə yeni bir şeylər görürsən, hər dəfə yeni insanlarla tanış olub ünsiyyətdə olursan, yeni simalar görüb onları tanıyırsan və hər dəfə yeni kitab əldə edib o kitabı oxumağa fürsət tapırsan. Son 3-4 ayda xeyli sayda təqdimatlarda olmuşam bunlar həm yaxın dostlarım, həm də Facebook Sosial Şəbəkəsində dostluğumda olan yazıçılarının kitablarının təqdimat mərasimləridir. Hamısını sadalaya bilməsəm də bəzilərinin adını çəkəcəyəm. Bu yaxınlarda tanınmış yazıçı Həmid Herisçinin "Portretlər” adlı kitabının, Zəka Vilayətoğlunun "Milena” adlı kitabının təqdimat mərasimlərində, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlunun elmi-publisistik, ədəbi-bədii, ictimai fəaliyyəti haqqında olan kitabının təqdimatında və s. kimi məclislərdə məmnuniyyətlə iştirak etmişəm və bütün bu mərasimlərdən ağızdolusu və xoş təəssüratlarla ayrılmışam. Eyni zamanda müxtəlif kitab sərgilərində iştirak etmək mənim daxili dünyamı daha da zəngin və yeni məlumatlarla dolu edir. Kitablar çox maraqlı, mənalı və özünəməxsusdurlar. Hərənin bir dəsti-xətti, yazı tərzi və üslubu var. Yəni hər müəllif öz romanını, əsərini öz bildiyi kimi yazır, kimi asan, aydın dil ilə, kimi çətin, lakin mənalı, kimi isə ümumiyyətlə fəlsəfi dil ilə qələmə alır. Amma yenə də kitab insanın xilaskarıdır. Kitab insanın müəllimidir. Doğrudur indi kitab oxuyanların sayı çox azdır, yuxarıda qeyd etdiyim kimi kitab oxuyanlara bəziləri dəli kimi baxır, amma məncə bu belə olmamalıdır, nahaq yerə kitab oxuyanlar hərdən təhqirdə olunurlar. Xaricdə isə belə deyil, hər hansı Avropa ölkəsində hətta nəqliyyatda da belə kitab oxuyanları görə bilərsən. Heç kimə fikir vermədən avtobuslarda, metro, trolleybuslarda oxuyan sərnişinlərlə rastlaşırsan. Orda oxuyanların sayı xeyli çoxdur, xaricdə kitaba maraq olduqca çoxdur, oxuyanlar həvəslə müxtəlif kitabları oxuyub, hər hansı bir biliyə yiyələnib, öyrənirlər. Hətta qazonların üstündə uzanıb oxuyanlar da az deyil. Avropada kitabxanaların sayı kifayət qədərdir və demək olar ki, əcnəbilərin ən sevimli məşğuliyyəti elə kitab oxumaqdır. Çalışmaq lazımdır ki, Azərbaycanda da kitaba maraq get-gedə daha da artsın. .Daha da çox kitabxana, kitab evi, kitab mağazaları açmaq lazımdı, maraq dairəmizi artırmalıyıq, kitaba daha da çox yer ayırmaq lazımdı. Oxumaq lazımdır, mütləq həyatın boyu heç olmasa hər hansı bir kitab oxumalısan, kitab üzü görməlisən, kim deyir ki heç vaxt kitab əlimə alıb oxumamışam, ya dünyagörüşü balaca, kasıb, primitiv olan adamdır, yaxud da sadəcə kitab onu maraqlandırmır, savadı çatmır. Yaxşı olar ki, boş oturmaqdansa, boş-boş seriallara baxmaqdansa, mənəvi zənginləşək, kitabı əlimizə alıb küçədə, skamyada, lap ictimai nəqliyyatda oxuyaq bu ayıb deyil, əksinə tərifə layıq və sevindiricidir. Məgər biz heç əcnəbi kimi də deyilik ki qabağımıza kitab qoyub, dünya görüşümüzü artırıb inkişaf edib maariflənək, əlavə bilik alaq, o qədər geri qalırıq ki, 9 milyonluq ölkəmizdə oxuyanı çıraqla axtarıb, barmaqla sayırıq az qala. Sadəcə, indiki gəncləri oxumağa yönəltmək lazımdı, onların başları boş-boş şeylərə yox kitab oxumağa qarışsa çox gözəl olar. Bu yolda da əlbəttə ki çətinliklər, etirazlar, narazılıqlar çoxdu. Amma onları da qınamaq olmaz, hər kəs başa düşməlidir ki, kitab insana lazım və vacibdir. Onlar özləri üçün oxuyur, kiməsə görə yox. Kitab-bilik mənbəyidir. Oxuyanda da gərək normal, adlı sanlı, məşhur yazıçıların roman və əsərlərini oxuyaq ki, ürəyimiz açılsın, özümüzə həyat dərsi götürə bilək .Bilik, savad alıb inkişaf etmək çox ürəkaçandır.
Oxumaqdan, savad almaqdan möhtəşəm heç nə yoxdur. Kitablara etibar et, onlar ən yaxın olanlardır. Onlar lazım olanda susur və zəruri halda qarşınızda dünyaları açaraq danışırlar.
Namazova Leyla
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - Direktor TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqladı və...
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı