Azərbaycanda 287500 nəfər Prezident təqaüdü alır

img

28-07-2020 [12:36]


Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 455,4 min nəfərə və ya əhalinin 4,7%-nə sosial müavinət ödənilib.

Mia.az ƏƏSMN-ə istinadla bildirir ki, onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.

Hesabat dövründə Fond 287,5 min nəfəri (əhalinin 3%-ni) isə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin edib.

Ümumilikdə birinci yarımildə 743 min nəfərə sosial müavinət və təqaüd ödənilib. Bu istiqamət üzrə 2019-cu ilin müvafiq dövrünə nisbətən 151 mln. manat (46,6 faiz) çox olmaqla  475 mln. manat vəsait ödənilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA