İTV-nin rəhbəri: "Deməli, bu, "fake" məlumatdır"

img

03-10-2025 [14:49]


Son günlərdə İctimai televiziyanın öz binasından köçürüləcəyi ilə bağlı iddialar yayılıb.

Yayılan iddialarda bildirilir ki, bina böyük tikinti şirkətlərindən birinə məxsusdur və bu səbəbdən televiziyanın başqa yerə köçürüləcəyi qeyd edilib.

Bildirilib ki, hətta tikinti şirkətinin nümayəndələri televiziya binasına gedərək rəsmi şəxslərlə görüşüblər.

Mia.az-ın məlumatına görə, Manset.az məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balaş Qasımovla əlaqə saxlayıb.
 
O, açıqlamasında İctima televiziyanın binasını heç bir tikinti şirkətinə aid olmadığını bildirib: "Bura Azon zavodunun binası olub. Heç bir tikinti şirkətinə aid deyil. Deməli, bu, "fake" məlumatdır. Belə bir məlumat olsa belə, mənim bu barədə xəbərim yoxdur".

Qeyd edək ki, İctimai Televiziya 2005-ci ildə yaradılıb və yarandığı vaxtdan etibarən hazırkı binasında fəaliyyət göstərir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA