İcra başçılarının "səfərbərlik"dəki fotoları: "Kim inanar ki, tutulan memar xanım icra başçısından xəbərsiz iş görüb?"
20-07-2020 [11:57]
Tovuz istiqamətində baş verənlərin insanlarımızın içində Qarabağın işğalı, xalqımıza qarşı törədilən qətliamlar səbəbindən illərdən bəri yığılıb qalmış qəzəb, intiqam hislərini alovlandırması təbiidir. Əsasən gənclərdən ibarət vətəndaşlarımızın paytaxtda baş tutan məlum aksiyası və torpaqlarımızın azad edilməsi üçün səfərbər olmaları da bunun davamı hesab edilməlidir.
Qısa müddətdə minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə gedərək, könüllü kimi qeydiyyatdan keçiblər. Lakin təəssüf ki, bəziləri bu işi də illərdən bəri öyrəşdiyimiz növbəti süni, şit bir kampaniyaya çevirməkdədirlər. Xüsusilə də icra başçılarının bu prosesdə “boy göstərməsi” insanlarda qıcıq və məyusluq hissi yaradır.
Artıq Göyçayın və Abşeronun icra başçıları yerli səfərbərlik şöbələrinə gedib, adlarını siyahıya yazdırıb, pozlar verərək, şəkillərini mətbuatda yaydırıblar. Yəqin ki, başçıların başlatdığı və özlərindən başqa heç kimə lazım olmayan bu kampaniyanın davamı gələcək və digər rayonların rəhbərləri də bu prosesə qoşulacaqlar.
Məlumat üçün bildirək ki, Göyçayın icra başçısının yaşı 65-i ötüb. Abşeronun icra başçısı isə qadındır. Yəni dünya dağılsa, bu adamları heç kim savaşa-filana aparan deyil. Bəs belə olan halda, bu nə artistlik, nə əttökənlikdir görəsən? Guya insanlar bilmir ki, istənilən, xüsusilə də “köhnə uklad”dan olan icra başçısı onun canına iynənin ucu qədər, yaxud milyonlarına bircə qəpiklik ziyan dəyə biləcəyindən şübhələnsə, səfərbərlik xidmətinin heç qapısına, həndəvərinə də yaxın getməz? İndi də bilirlər ki, siyahıya yazılmağın onlara zərrə qədər də təhlükəsi yoxdur. Əksinə, növbəti dəfə xalq üçün hansısa vacib, əhəmiyyətli bir işin içinə etmək fürsəti yaranıb ki, bunu da edirlər...
Əslində, bu adamların səngəri başçılıq etdikləri rayonlardakı şəhid, əlil ailələrinin qapısı olmalıdır. Vətənə xidmət etmək istəyirlərsə, o qapılarda xidmət etsinlər. Ancaq hansını tərpətsən görərsən ki, hərəsinin tək bir villasının dəyəri həmin rayondakı bütün şəhid ailələrinin daxmalarının dəyərinin cəmindən qat-qat çoxdur.
Belələrinin vətənpərvərliyi, könüllülüyü də ölkə rəhbərliyinin ünvanına söylədikləri təriflər, mədhiyyələr kimi saxta, yalançıdır. Keçirdikləri tenderlərdən tutmuş verdikləri torpaq, tikinti icazələrinə qədər hər şeyi korrupsiya, rüşvət mənbəyinə çevirənlərin, vətəndaşın salamını da pulsuz almayanların vətən, torpaq, millət sevgisinə, fədakarlığına kim inanar?!
Qısa müddət bundan əvvəl DTX Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirdi. İcra başçısı İradə Gülməmmədovanın özündən başqa qurumun az qala bütün vəzifəli şəxsləri istintaqa cəlb olundu, baş memar da daxil olmaqla, bir neçə nəfər həbs edildi. İndi kimsə inanarmı ki, bütün rayonlarda başçıların 1 nömrəli pulyığanı olan baş memar Abşeronun xanım icra başçısından xəbərsiz bu işlərə qol qoyub? Guya kim bilmir ki, istənilən icra hakimiyyətinə rüşvət kimi daxil olan hər qəpiyin başçıya hesabatı verilir? Bütün bunlardan sonra bu başçının səfərbərlik xidmətinə gedib reklam şəkilləri çəkdirməsinin adı nədir?
Yaxud olsun fəaliyyətindən ən çox narazılıq, şikayət daxil olan başçıların sırasında yer alan Göyçayın icra başçısı.

Sıravi vətəndaşdan şəhid ailəsinə, iş adamından fermerə kimi Mehdi Səlimzadədən şikayət etməyən yoxdur. Onunla bağlı mətbuatda yayılan korrupsiya iddialarının da sayı-hesabı yoxdur. Kreslosundan bərk-bərk yapışan bu adam ötən il 65 yaşı ötmüş məmurların işdən çıxarılması ilə bağlı sərəncamlardan sonra necə küyə düşübsə, hətta "Wikipedia"dan və İcra Hakimiyyətinin rəsmi saytından təvəllüdünü də sildirib. Bu “fərasət”in, dərrakənin, dünyagörüşünün sahibi səfərbərlik şöbəsində könüllü yazılsa nəyə, yazılmasa nəyə yarayar?
Bir sözlə, bu və digər buna bənzər icra başçıları dövlətin icra orqanlarını gözdən saldıqları bəs deyil, insanların qəlbən qoşulduqları könüllü səfərbərlik prosesini, vətənpərvərlik, fədakarlıq hislərini də öz yersiz “təşəbbüsləri”lə aşağılamaqla məşğuldurlar.
Bəli, kimsə deyə bilər ki, biri yaşı 65-i keçmiş, digəri isə qadın icra başçılarının özlərini könüllü yazdırması simvolik xarakter daşıyır və məqsədləri gəncləri ruhlandırmaqdır. Amma vallah da, billah da belə “təşəbbüslər” əks effekt verir. Çünki istənilən rayonun nəinki gənci, qocası da və hətta məktəbə gedən uşağı da gözəl bilir ki, başçı nəylə məşğuldur, hansı əməllərin sahibidir. Onu da bilir ki, bir çox məmurlar əgər təslimçilik təbliğatına dair göstəriş verilsə, erməniyə gülə atanları vətən xaini çıxarmağa belə hazır olan mənəviyyata malikdirlər.
Odur ki, saxta vətənpərvərlik görüntüsü üçün növbəyə duran icra başçıları, məmurlar bu işdən nə qədər uzaq dursalar, bir o qədər yaxşıdır. Ondansa gedib bacardıqları işlə məşğul olsunlar, çünki bu, onlara daha çox yaraşır...
Cəlal Məmmədov
“AzPolitika.info”
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib