Tanınmış müğənni İbrahim Borçalının oğlu qəzada vəfat etdi - FOTO

img

18-07-2020 [11:44]


Tanınmış müğənni İbrahim Borçalının yeganə oğlu qəzada vəfat edib.

Mia.az xəbər verir ki, İbrahim Borçalının 22 yaşlı oğlu Rəhim Həsənov Gürcüstanın Marneuli rayonunun Şulaveri kəndində avtomobil qəzasına düşüb.

Məlumata görə, BMW markalı avtomobil yüksək sürətlə ötmə əməliyyatını yerinə yetirərkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Şahidlərin sözlərinə görə, avtomobili idarə edən Rəhim hadisə yerində həyatını itirib, sərnişini isə xəstəxanaya çatdırılıb. Ancaq onun da həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün qeyd edək ki, Rəhim Türkiyədə təhsil almışdı.

Allah rəhmət eləsin!

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA