Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"

img

23-01-2026 [11:22]


"Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var".

Mia.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında çıxış edib.

O qeyd edib ki, Azərbaycanda 4200-dən çox kənd var: "Kəndlərdən rayon mərkəzinə, oradan isə Bakıya böyük axın var. Kəndlərin miqrasiya səbəbindən boşalması ciddi problemlərə gətirib çıxarır. Ona görə, düşünürəm ki, gec olmadan ucqar, sərhəd kəndlərin inkişafı ilə əlaqədar ayrıca dövlət proqramı hazırlanmalıdır".

Qeyd edək ki, statistikaya görə, Azərbaycanda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 190 qəsəbə ərazi dairəsi, 40 sahə ərazi dairəsi, 1724 kənd ərazi dairəsi və 4244 kənd var/Report.

Ərazisinə görə ən böyük rayon Quba, ən kiçik rayon isə Tərtərdir


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA