"Karantin rejimi iyulun 20-dən sonra məcburi tibbi maska taxmaq şərtilə aradan qaldırıla bilər" - Deputat
17-07-2020 [17:43]
“Hazırda cəmiyyətdə həm pandemiyadan, həm də Ermənistanın təcavüzündən qaynaqlanan gərginlik yaşanmaqdadır. İnsanlar həm karantin, həm də atəşkəs rejimindən yorulublar. Xalqımız işləmək, torpaqlarımızı azad etmək istəyir. Amma hər ikisindən imtina etməkdə ciddi problemlər var”.
Bunları deputat, BAXCP sədri Qüdrət Həsənquliyev iyulun 14-ü gecə Bakıda və digər şəhər və rayonlarda keçirilən aksiyalara və karantin rejiminin daha 2 həftə uzatmaq niyyətinə münasibət bildirərkən deyib.
Deputat ümid etdiyini bildirib ki, karantin rejimi iyulun 20-dən sonra məcburi tibbi maska taxmaq şərtilə aradan qaldırıla bilər. “Bundan sonra da karantin rejiminin uzadılması ölkəmiz üçün ağır nəticələr yarada biləcək sosial-psixoloji problemlərə yol aça bilər. Əminəm ki, 14 iyuldakı yürüş zamanı bəzi şəxslərin həddindən artıq emosional davranışı evə qapanmaqdan qaynaqlanırdı”.
Q.Həsənquliyevin fikrincə, atəşkəs rejimindən imtina edib, torpaqlarımızı işğaldan azad etmək üçün isə ilk növbədə güclü peşəkar orduya sahib olmalıyıq. “Elə bir orduya ki, ermənilərə kənardan yardım olunsa belə bu, qələbəmizi şübhə altına salmasın. Bunun üçün Orduda ciddi islahatlar aparılmalıdır. Uzun illər ərzində Milli Məclisdə, mətbuatda dəfələrlə məsələ qaldırmışam ki, peşəkar ordu qurmalıyıq, müdafiə naziri inkişaf etmiş demokratik ölkələrdə olduğu kimi, mülki şəxs olmalıdır. Adı uğursuzluq simvoluna çevrilmiş şəxslər, nəhayət ki, ordu rəhbərliyindən uzaqlaşdırılmalı, ordu rəhbərliyi milli kadrlarla gücləndirilməlidir. Bloklara qoşulmamaq doktrinası Qarabağın azadlığına töhfə vermədiyi üçün Azərbaycan Rusiya ilə Qarabağın azad olunması istiqamətində danışıqlar aparmalı və nətcəsindən asılı olaraq xarici siyasət kursuna və müdafiə doktrinasına yenidən baxmalıdır”.
Partiya sədri daha sonra qeyd edib ki, danışıqlarla, diplomatik yolla biz Qarabağı azad edə bilmərik. Danışıqlar və diplomatiya bizə ona görə lazım idi ki, güclü iqtisadiyyat və ordu qurmaq üçün vaxt udaq, xarici dövlətlərlə işləyək ki, müharibə başlayanda onlar Ermənistana açıq və güclü dəstək verməsin. “Hal-hazırda mən də, xalqımızın böyük əksəriyyəti də görür ki, Prezident vəziyyəti dəyişmək üçün ciddi səy göstərir, kadr islahatları həyata keçirir. Ona güvənmək və onu dəstəkləmək lazımdır. İndiki dövrdə hökumət əleyhinə etiraz aksiyaları təşkil etmək və hakimiyyət dəyişikliyinə cəhd Azərbaycanı məhv edərdi. Hesab edirəm bunu sağlam düşüncəli insanların hamısı başa düşür”.
14 iyulda aksiya iştirakçılarının qarşısına ziyalıların, deputatların və rəsmilərin çıxmaması məsələsinə gəlincə, Q.Həsənquliyev deyib ki, bu ittihamın heç bir əsası yoxdur. “Həmin gecə həm Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, həm Müdafiə nazirinin müavini aksiya iştirakçılarının arasına gəlmişdi. Amma aksiya əvvəldən mitinq kimi təşkil olunmadığı, səsgücləndiricilər quraşdırılmadığı üçün onların səsini neçə adam eşidə bilərdi? Ali Baş Komandan cəbhədə döyüşlər getdiyi bir vaxtda, gecə vaxtı, ciddi mühafizəni təmin etməyin mümkün olmadığı bir şəraitdə, təxribatçıların ola biləcəyi proqnozlaşdırıldığı halda necə kütlənin arasına gələ bilərdi? Hansı ağılla bu cür fikirlər səsləndirirlər? Bu cür təxribatçı fikirlər hakimiyyət nümayəndələrini və ziyalıları xalqın gözündən salmaqla cəmiyyətdə boşluq yaradıb, onu xaosa sürükləmək məqsədilə səsləndirilir”. /Azpolitika
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?