"BMT-nin işğal olunmuş ərazilərlə bağlı qətnamələri yerinə yetirilməlidir" - İtaliyanın dövlət katibindən Ermənistana xəbərdarlıq
14-07-2020 [14:12]
“Ermənistan və Azərbaycan sərhədi boyunca baş verən silahlı qarşıdurmalar atəşkəs rejiminin pozulması ilə bağlı narahatlıq, eyni zamanda, qarşısı alına biləcək insan itkiləri kədər doğurur”.
Bunu İtaliya Respublikasının Nazirlər Şurasının Parlamentlə Əlaqələr üzrə dövlət katibi, 5 Ulduz Hərəkatı partiyasından olan senator Canluka Kastaldi deyib.
Dövlət katibi bildirib ki, İtaliya Konstitusiyasında da təsbit olunduğu kimi İtaliya üçün beynəlxalq münaqişələrinin yeganə həlli yolu diplomatik yoldur: “Dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməli, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri yerinə yetirilməli, danışıqlar hər zaman hərbi əməliyyatlardan üstün tutulmalıdır”.
İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotti isə bildirib ki, Ermənistan və Azərbaycan sərhədində bu saatlarda davam edən şiddətli silahlı qarşıdurmalar 90-cı illərdə minlərlə insanın ölümünə səbəb olmuş dəhşətli münaqişənin yenidən alovlanmasına gətirib çıxara bilər.
Senator Rizzotti qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması təxribatdır və bunu qəti şəkildə pisləyirik.
Senator əlavə edib ki, beynəlxalq ictimaiyyət sonu görünməyən bu müharibənin dayandırılması və sülh danışıqlarının bərpa olunması üçün bütün səylərini səfərbər etməli və İtaliya hökuməti onilliklərdir bu müharibəyə cəlb olunmuş xalqların müdafiəsi üçün tədbirlər görməlidir:
“Ümid edirik ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələri və suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə riayət ediləcəkdir”.
Qeyd olunmalıdır ki, dünən Senatın Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçelli, İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Qrimoldi, eləcə də İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi də bəyanat verərək, Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarını və Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin yerinə yetirilməsinin vacibliyini bildiriblər/Report.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb