Azərbaycan və Macarıstan arasında bir sıra sənədlər imzalandı - Müzakirə + FOTO
17-07-2020 [15:31]
17 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto arasında görüş keçirilib.
XİN-dən Mia.az-a verilən məlumata görə, nazirlər arasında ikitərəfli formatda başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.
Görüş zamanı Azərbaycan Xarici İşlər naziri macarıstanlı həmkarını səmimiyyətlə salamlayıb və nazir Peter Siyartonun təbriklərini qəbul edib.
Nazirlər iki ölkə arasında mövcud olan strateji əməkdaşlıq münasibətlərin inkişafından məmnunluq ifadə edib və ikitərəfli münasibətlərin bir sıra istiqamətlərdə, o cümlədən iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə bundan sonra da möhkəmləndirilməsi üçün səylərin əsirgənməyəcəyini vurğulayıblar.
Nazir C. Bayramov bölgədə olan vəziyyət, xüsusilə Ermənistanın son təxribatı, bölgədə gərginləşən vəziyyətin kökündə məhz Ermənistanın işğalçılıq siyasətinin dayandığı, 30 ilə yaxındır ki, Azərbaycan ərazilərinin Ermənistanın hərbi işğal altında saxlandığı və məhz bu səbəbdən də bölgədə gərginliyin müşahidə olunduğu barədə qarşı tərəfi məlumatlandırıb.
Beynəlxalq ictimaiyyətin bu məsələdə tutduğu qətiyyətli mövqeyə istinad edən Ceyhun Bayramov qəbul olunan qərar və qətnamələrin həyata keçirilmədiyini bildirərək, ikili standartların müşahidə edildiyini təəssüf hissi ilə bildirib. Ermənistanın iki dövlət sərhədində son hərbi təxribatı və bölgədəki mövcud vəziyyətlə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran nazir C. Bayramov bölgədə davamlı sülh və təhlükəsizliyin, rifahın təmin olunmasında yeganə yolun məhz BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər təşkilatların məlum qərar və sənədlərinin də tələb etdiyi kimi işğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan çıxarılmasının olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
Bölgədəki yaranmış vəziyyətlə bağlı narahatlığını bildirən macar Xarici İşlər naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyinin bəlli və dəyişilməz olduğunu, Macarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb. Beynəlxalq ictimaiyyətin sərgilədiyi ikili standartlara gəldikdə isə bu yanaşmanın Macarıstan tərəfindən də müşahidə edildiyini qeyd edən nazir Peter Siyarto Macarıstan xarici siyasətinin əsasında məhz qarşılıqlı hörmət prinsipinin durduğunu qeyd edib.
Nazirlər mövcud qlobal pandemiya şəraitində beynəlxalq əməkdaşlığın və həmrəyliyin əhəmiyyətini qeyd ediblər. Nazir P. Siyarto Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü COVID-19 ilə mübarizəyə dair BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün Macarıstan tərəfindən dəstəkləndiyini məmnunluqla qeyd edib və bütün dünyanın hazırda əziyyət çəkdiyi bu pandemiya ilə mübarizə həsr olunacaq sessiyanın təşkil olunması təşəbbüsünün Macarıstan tərəfindən olduqca yüksək qiymətləndirdiyini bildirib. Bu xüsusda nazir Ceyhun Bayramov Azərbaycan dövlət başçısının COVID-19 pandemiyası ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün Macarıstan tərəfindən dəstəklənməsinə görə təşəkkürünü bildirib.
Tərəflər, Azərbaycanın Avropanın enerji təminatının şaxələndirilməsində, xüsusilə qaz təminatında mühüm rolu barədə fikir mübadiləsi aparıblar. Macarıstan naziri Macarıstanın Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan qaz təminatı layihələrindən faydalanmaq marağını ifadə edib.
Görüşdə, habelə iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi məsələləri müzakirə edilib.
İki ölkə arasında mövcud olan pozitiv səfərlər və mübadilələr dinamikasının gələcəkdə də davam etdiriləcəyindən əminlik ifadə edilib.
Nazirlər həmçinin Türk Şurası çərçivəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edib, eləcə də digər beynəlxalq təşkilatlar çərçivəsində dəstək və əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.
Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə toxunan P. Siyarto Macarıstanın Aİ ilə Azərbaycan arasında aparılan yeni saziş üzrə danışıqların tezliklə yekunlaşmasının tərəfdarı olduğunu qeyd edib.
Görüşün sonunda P. Siyarto azərbaycanlı həmkarını pandemiya ilə bağlı vəziyyət normallaşdıqdan sonra Budapeştə rəsmi səfərə dəvət edib.
Görüşdən sonra iki nazir tərəfindən “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Macarıstan insan Resursları Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Macarıstan Milli Vergi və Gömrük Administrasiyası arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yadım haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə Macarıstan İnnovasiya və Texnologiya Nazirliyi arasında səhiyyə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” sənədlərini imzalanıb.
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!