Prezidentin köməkçisi “Aljazeera” kanalında Paşinyanın sabiq müşaviri ilə debatda - VİDEO
17-07-2020 [11:09]
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Aljazeera İnternational” kanalında “İnside Story” verilişində Ermənistan baş naziri Nikol Paşinyanın sabiq diplomatik müşaviri Arsen Xaratyanla debata çıxıb.
H. Hacıyev Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etdiyini, işğal olunmuş ərazilərdə qanlı etnik təmizləmə törətdiyini qeyd edərək beynəlxalq hüquqa əsasən Ermənistanın hüquqi məsuliyyət daşıdığını bildirib.
H. Hacıyev danışıqlar prosesində münaqişənin mərhələli şəkildə həll edilməli və bu istiqamətdə ilkin addımı kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib, amma Ermənistan baş nazirinin ziddiyyətli bəyanatları ilə danışıqlar prosesini pozduğunu diqqətə çatdırıb.
O, münaqişənin həllinin siyasi-hüquqi əsaslarının müəyyən olunduğunu və bunun beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Helsinki Yekun Aktına əsaslandığını bildirib.
H.Hacıyev Ermənistanın atəşkəs rejiminin arxasında gizlənərək Azərbaycan ərazilərinin ilhaqını həyata keçirdiyini, işğal olunmuş torpaqlarımızda qanunsuz əməllər, o cümlədən qanunsuz məskunlaşma siyasəti apardığını vurğulayıb.
Ermənistan baş nazirinin sabiq diplomatik müşavirinin Ermənistanda demokratiya qurulması barədə iddialarına cavab olaraq H. Hacıyev demokratiya Ermənistanın danışmalı olduğunu sonuncu məsələ olduğunu bildirib. Prezidentin köməkçisi əlavə edib ki, Ermənistanda inqilabi diktatura qurulur, jurnalistlər və müxalifətçilər həbs olunur. Onu da qeyd edib ki, demokratik dövlət digər dövlətin ərazisini işğal etmir və qanlı etnik təmizləmə törətmir.
Qarşı tərəfin qardaş Türkiyəyə qarşı iddialarına cavab olaraq H.Hacıyev Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları irəli sürüldüyünü, Ermənistanda dövlət səviyyəsində şovinizm əsasında “böyük Ermənistan” təbliğatının aparıldığını və gənc nəslin bu ruhda böyüdüldüyü vurğulayıb. H. Hacıyev Ermənistanın sərhədlərinin bağlı olmasının və Ermənistanın özünü təcrid vəziyyətində yaşamasının günahının Ermənistanın yürütdüyü irticaçı siyasət olduğunu bildirib. H. Hacıyev rasizm, şovinizm prinsipləri əsasında Ermənistanın yeni milli təhlükəsizlik strategiyasının hazırlandığını qeyd edib.
Türkiyə-Ermənistan sərhədinin bağlı olmasına gəldikdə isə Prezidentin köməkçisi Ermənistanın öz ərazisindən hücum edərək Kəlbəcəri işğal etdikdən sonra BMT Nizamnaməsini əsas tutaraq Türkiyənin təcavüzkar ölkə olan Ermənistanla sərhədlərini bağladığını qeyd edib.
Veriliş əsnasında H. Hacıyev dövlət sərhədinin Tovuz istiqamətində baş verən hadisələr, Ermənistanın növbəti təxribatı və hərbi avantürası, mülki insanların Ermənistan tərəfindən qəsdən hədəfə alınması faktlarını diqqətə çatdırıb/APA.
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?