Ali Baş Komandanın qisas əməliyyatında xalq və ordu birliyi - Müşavir yazır
16-07-2020 [19:01]
Sərraf Hüseynov,
ADU rektorunun müşaviri,
ADU YAP təşkilatının sədri
***
12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquqi normaları pozaraq Azərbaycan dövlət sərhəddinə silahlı müdaxiləsi Azərbaycan xalqını dövlət, xalq və vətən naminə yenidən ayağa qaldırdı.
Belə bir zamanda üzv olduğumuz Beynəlxalq təşkilatların böyük əksəriyyətinin susqunluğu fonunda, çox az sayda da olsa bəzi dövlətlərin və təşkilatların ölkəmizə dəstək nümayiş etdirməsi bizə bir daha dostumuzu və düşmənimizi tanıtdı. Prezident cənab İlham Əliyevin bu məsələyə münasibətdə birmənalı fikri ondan ibarət oldu ki, mən xalqıma arxalanaraq haqq-ədalət savaşında milli ordumuza öz əmrimi vermişəm.
Ali Baş Komandan bütün məsələləri müdrikcəsinə analiz edərək düşmən təxribatına qarşı qisas əməliyyatı başlamaq əmrini verdikdən dərhal sonra Azərbaycan ordusu Erməni silahlılarını öz yerində oturtmaqla yanaşı, onlara öz cəbhələrinin dərinliklərində böyük zərbələr endirmiş oldu. Fasilələrlə bu gün də davam edən müharibədə Azərbaycan sahib olduğu ən müasir silahlardan istifadə edərək şəhid olan hərbiçilərimizin qisasını almaqdadır. Bu döyüşlər ordumuza böyük strateji üstünlük qazandırıb və sərhədyanı bölgədə qurulan ermənilərin bütün müdafiə istehkamlarını, hərbi bazalarını havaya sovurub.
Prezident cənab İlham Əliyev ordumuzun bu əməliyyatını bizim növbəti şanlı qələbəmiz kimi xarakterizə edib. Bunun kifayət qədər əsası vardır. Erməni rəsmilərin öz itkilərini gizlətməsinə baxmayaraq, sosial şəbəkələrdə yayılan məlumatlar, kəşfiyatçılarımızın verdiyi dəqiq bilgilərin əsasında düşmənin böyük itkilər verdiyi dəqiqləşib. Hazırda ordumuz hərbi əməliyyatların miqyasını o qədər genişləndirib ki, əməliyyat gedən istiqamətdə düşmənin bütün yaşayış məntəqələri boşaldılmaqdadır.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bütün əməliyyat görüntüləri sübut edir ki, ordumuz yalnız hərbi obyektləri və döyüş texnikasını, canlı qüvvələri hədəf seçmişdir. Lakin bunun əksinə olaraq Erməni ordusu üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələrimizi bombardman etməkdədir. Bütün təhlükələrə və bir dinc sakinimizin düşmən artileriya zərbələri nəticəsində həyatını itirməsinə baxmayaraq, insanlarımız öz kəndlərində yaşamağa davam edir. Bu insanlarımızda Ali Baş Komandana və ordumuza olan inamın və vətənpərvər ruhun göstəricisidir.
Təəssüflə vurğulamaq istərdik ki, ölkəmizin düşmən təxribatı ilə üzləşdiyi bir vaxtda, beynəlxalq ictimaiyyətin bu olaya diqqətini çəkmək lazım olan zamanda ölkəmizin xarici siyasət təmsilçiləri Prezidentimizin də vurğuladığı kimi məsələyə etinasız münasibət bəsləmişdir. Bu diplomatik korpusumuzun Prezidentin ortaya qoyduğu siyasi iradə ilə ayaqlaşmadığını əyani göstərir. Elə buna görə də həssas bir dövr olmasına baxmayaraq, cənab Prezident XİN rəhbərini dəyişmək qərarı verdi. Bu vəzifəyə yeni təyin olunan Ceyhun Bayramov inanırıq ki, çevik qərarqəbuletmə və səriştəli idarəçilik sayəsində qısa zamanda diplomatik korpusumuzun Prezidentin siyasi iradəsi ilə bərabər addımlamasına nail olacaqdır. Biz qardaş dövlət olan Türkiyənin, həmçinin Ukrayna kimi digər büynəlxalq sülhü və Azərbaycanın haqq səsini dəstəkləyən dövlətlərin ölkəmizə dəstəyini ən qısa zamanda eşidəcəyik.
Bu gün Hərbi Səfərbərlik İdarələrinin qarşısına orduya yazılmaq üçün toplanan minlərlə vətəndaşlarımızın, ordumuza və dövlətimizin bu haqq savaşında atdığı bütün addımlara dəstək olan xalqımızın gücü dünyadakı dostlarımızın gücü ilə birləşib Azərbaycanı qarşılaşdığı bu bəladan tezliklə xilas edəcək. Biz erməni faşizmi üzərində nəhayət ən böyük qələbəmizi qazanacaq və itirilmiş topaqlarımızı geri qaytararaq ərazi bütövlüyümüzü təmin edəcəyik. Bu müqəddəs işdə bütün dünya azərbaycanlıları Ali Baş Komandadın yanındadır. İnanırıq ki, bu haqq savaşı Qarabağın hər qarışına ay-ulduzlu bayrağımızın sancılması ilə bitəcək!
MİA.AZ
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?