Cənab general, görüşəndə Raqufa salam de...
14-07-2020 [18:49]
Sevinc Orucova,
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri,
Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı
***
“Sübh tezdən acı xəbəri aldım, amma qəbul edə bilmədim, inanmadım.. Düşündüm ki, yəqin səhv olub... Raquf şəhid olanda da bu cür qarşılamışdım...
Sən demə, iki qəhrəman dostun ruhları artıq qovuşubmuş. Sən demə, Vətənim daha bir igid, cəsur qəhrəmanını öz qoynuna almış. General Polad Həşimov... Raqufun silahdaşı, dəyər verdiyi dostlarından biri. Mənim ümidim Sizlərə idi, Raqufu itirəndən sonra, Sizdən gözləyirdim Raquf kimi minlərlə şəhidimizin qisasını.
Əsgərinin önündə səngərdə döyüşmək, şəhid olmaq, rütbəsindən asılı olmayaraq hər bir Vətən sevdalısının əqidəsidir!”
Sevinc Orucova vətən naminə birləşməyin vacib olduğunu vurğulayıb:
“2016-cı ilin qələbə ruhlu aprel döyüşlərindən sonra mən yalnız bacardıqca şəhidlərimizi gənc nəslə tanıdıb, onların döyüş yolunu təbliğ etmişəm. Qisas gününü gözləmişəm, itirdiklərimizin, şəhid ruhlarının, şəhid Vətənimizin qisasını. Bu gün o gündür! Artıq yetər bu mənfur düşmənlə hər savaşdan sonra atəşkəsi bərpa etmək! Yetər şəhidlərimizin məzarı önünə başıaşağı günahkar kimi getmək! Bu Vətən bizimdir! Hər bir şəhidimiz bu Vətənin bir daşı, torpağıdır! Vətən naminə birləşməliyik, içimizdəki xainləri məhv edib, düşməni birdəfəlik yarandığı torpaqlara geri oturtmalıyıq!
Bu qədər qanın içərisində mən atəşkəs yox, qisas istəyirəm. Qarabağ uğrunda şəhid olan bütün qəhrəmanlarımızın qisasını.. Ya məhv olaq, ya da xalq kimi zəfərlə doğulaq! Daha kimin şəhid olmasını və ya daha nə baş verməsini gözləyirik? Arxalı, harınlamış, yağı düşmən artıq dövlət sərhədimizi pozur. Hamımız öz cəbhəmizdə döyüşə hazırıq! Yetər ki, torpaqlarımız azad olunsun! Yetər ki, biz şəhid ailələrinin göz yaşı qurusun! Düşmənə aman verməyək! Bu gün bütün Azərbaycan döyüşçüdür!
Ruhun şad olsun, cənab General!
Görüşəndə Raqufa salam de...”
MİA.AZ
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək