"Düşmənə layiqincə cavab verildi” - Əli Əhmədov

"Düşmənə layiqincə cavab verildi” - Əli Əhmədov

SİYASƏT

13.07.2020, 12:45

“Azərbaycan ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində təmas xəttində təxribatlarının qarşısını qəhrəmancasına aldılar, düşmənə layiqincə cavab verdilər”.

Mia.az-ın xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra Katibi Əli Əhmədov “Facebook” səhifəsində yazıb.

O bildirib ki, xalq yeni qəhrəmanlarını tanıdı:

“Vətən uğrunda həlak olan baş leytenant Rəşad Mahmudovla, çavuş Vüqar Sadıqovla, baş əsgər Elşad Məmmədovla və əsgər Xəyyam Daşdəmirovla qürur duyuruq. Onların qanının yerdə qalmayacağına əminik”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR