Azərbaycanın xaricdəki səfirliklərində də koronavirusa yoluxma halları var

img

10-07-2020 [17:48]


”Azərbaycanın xaricdəki səfirliklərində də koronavirusa yoluxma halları var”. 

Mia.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Meksika və Moldovada səfirliklərin əməkdaşları və onların ailə üzvləri arasında yoluxma halları var. Buna baxmayaraq, diplomatik nümayəndəliklər fəaliyyətini davam etdirir”.

Hikmət Hacıyev isə qeyd edib ki, yoluxmaların artımı dövründə təcili yardıma müraciətlər artmışdı: “Bu məsələlər nəzarətdə saxlanılır. Problem varsa, zəruri tədbirlər görülür. Xüsusi karantin rejimində müəyyən narazılıqların olması təbiidir, bütün gözləntilərə cavab vermək çətin olur. Amma ən kiçik nöqsan da olduğu təqdirdə, bunun aradan qaldırılmasına çalışılır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:37 07.08.2020

Kürdə tələbə boğulub