Bakı sakinində narkotik vasitəsi aşkarlanıb

img

09-07-2020 [13:01]


Bakı sakinində narkotik vasitəsi aşkarlanıb.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Axundovdan 4,042 qram heroin götürülüb. 

M.Axundova məxsus “Daewoo” markalı avtomobilə baxış zamanı 1 kq 20 qram heroin və 140,320 qram metamfetamin aşkarlanıb götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA