YAP-çı deputat Ramiz Mehdiyevin müdafiəsinə qalxdı: "Biz xidməti olan insanları qorumağı bacarmalıyıq"
09-07-2020 [12:43]
Son bir neçə həftədir ayrı-ayrı media orqanlarında, sosial şəbəkələrdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə qarşı yazılar yazılır, tənqid edilir. Maraqlı məqamlardan biri Ramiz Mehdiyevi əsasən hakim Yeni Azərbaycan Partiyasının üzvü olan bəzi şəxslərin, həmçinin hakimiyyəti dəstəkləyən siyasətçilərin, deputatların hədəfə almasıdır.
Sabiq administrasiya rəhbərinin keçmiş fəaliyyəti təftiş edilir, hətta onun hakimiyyətə qarşı planlarda yer aldığı da iddia olunur.
Məsələnin get-gedə böyüməsi iyulun 7-də Ramiz Mehdiyevin xüsusi açıqlama ilə çıxış etməsinə gətirib çıxardı.
R.Mehdiyev açıqlamasında bildirib ki, Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyi dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir: “Əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir. Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir. Bildirmək istəyirəm ki, ölkəmizə uğurla rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyevin və yeni tarixi mərhələnin lideri İlham Əliyevin siyasətinə daim sədaqətlə xidmət etmişəm, ölkə rəhbərinin xalqımızı böyük çətinliklərdən qurtararaq bugünkü inkişaf mərhələsinə çıxaran müdrik və uzaqgörən idarəçilik fəlsəfəsinin həyata keçirilməsinə sidq-ürəklə xidmət etmişəm.
Müxtəlif dövrlərdə Vəzirovun, Mütəllibovun, Xalq Cəbhəsinin, haqsız iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxularına baxmayaraq Heydər Əliyev - İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm. Fəaliyyətimin başlıca amalını həmişə Ümummilli liderin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müstəqillik və azərbaycançılıq siyasətinin məsuliyyətlə icrasına sərf etməkdə görmüşəm..."
Ramiz Mehdiyevin hazırda hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü olduğu məlumdur. Bəs YAP ona hücumlara niyə seyrçi qalır və akademiki müdafiə etmir?
Yeni Azərbaycan Partiyası Siyasi təhlil və informasiya şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda çox pis bir ənənə formalaşıb, vəzifədən çıxan insanın üzərinə hücum çəkmək, nələrisə onun barəsində xatırlatmaq və sair xoşagəlməz tendensiya yaranıb:
“Bu, düzgün deyil. İnsan vəzifədə işləyərkən müsbət və mənfi tərəfləri olur. Mənfiləri də məhz insan vəzifədə olan zaman demək lazımdır. Vəzifədən getdikdən sonra bu, artıq bir tarixdir. Gələcəklə yaşamaq, gələcəyə istiqamətlənmək lazımdır. Yoxsa dünənin heyfini bu gün çıxmağa çalışmaq düzgün yanaşma deyil. Bu, məsələnin bir tərəfi, digər tərəfdən isə Ramiz Mehdiyev Azərbaycan tarixində özünün fəaliyyəti ilə mühüm yer tutmuş şəxslərdən biridir. Ulu öndər Heydər Əliyev hələ ikinci dəfə siyasi hakimiyyətə gəlməmişdən onu müdafiə edən, onun Azərbaycan üçün böyük işlər görəcəyi təbliğatını ziyalılar arasında aparan şəxslərdən biri olub. Təsadüfi deyil ki, Ulu öndər hakimiyyətə gəldikdən qısa müddət sonra vaxtilə özünün diqqəti ilə formalaşan və onun yüksək tələblərinə cavab verən Ramiz Mehdiyevə əvvəlcə Prezident Aparatında Ümumi şöbənin müdiri, sonra isə Prezident Aparatının rəhbəri vəzifəsini verdi. Ramiz müəllim ona göstərilən etimadı doğrultdu. Tək Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində Prezident Administrasiyasının rəhbəri yüksək vəzifədir, o, Prezidentin tapşırıqlarının necə yetirilməsinə gündəlik nəzarət edən simadır. Ramiz müəllim həm Ulu öndər Heydər Əliyevin dövründə, həm prezident İlham Əliyevlə işlədiyi dövrdə vəzifəsinin öhdəsindən uğurla gəldi. Heç də təsadüfi deyil ki, cənab prezidentimiz İlham Əliyev Ramiz Mehdiyev Milli Elmlər Akademiyasına prezident seçiləndən sonra onu Təhlükəsizlik Şurasının üzvü təyin etdi, eyni zamanda Azərbaycanda ən böyük mükafat olan Heydər Əliyev Ordeni ilə təltif etdi. Bilirsiniz, Elmlər Akademiyasının prezidenti heç vaxt Təhlükəsizlik Şurasının üzvü olmur. Bu, şəxsən Ramiz müəllimin qazandığı yüksək nüfuzun nəticəsidir”.
Deputat qeyd etdi ki, Ramiz Mehdiyev Azərbaycanda dövlətçiliyin möhkəmlənməsində, hüquqi demokratik dövlətin formalaşmasında, insan hüquq və azadlıqlarlının qorunmasında, bir sistemdən digərinə ağrısız və şok terapiyası olmadan keçilməsində böyük rol oynadı: “Mən özüm Prezident Aparatında işləyəndə dəfələrlə sektor müdiri kimi onun qəbulunda olmuşam. Eyni zamanda sonradan da deputat olanda bir neçə dəfə müəyyən məsələlərlə bağlı onun qəbulunda olmuşam. Onun yanaşması, adamı səbirlə dinləməsi, təcrübəli bir insan kimi məsləhətlər verməsi məndə həmişə böyük hörmət doğurub. Hesab edirəm ki, Ramiz müəllim Azərbaycan xalqının nə cür dövlət xadimləri yetirə bilməsinin bir nümunəsidir. Mən dünən onun bəyanatı ilə tanış oldum. Onun fikri ilə razıyam ki, vaxtilə hakimiyyətdən uzaqlaşdırılanlar, yaxud da bu və ya digər səbəbdən daha yüksək iddialı olanlar bu gün ona qarşı hücuma keçiblər. Ramiz müəllim dövlətçilikdə xidmətləri olmuş, eyni zamanda bu gün də yüksək vəzifədən getdikdən sonra cənab İlham Əliyevin siyasi kursuna sədaqətli olan insanlardan biridir. Mənim yadımdadır, bir dəfə onun qəbulunda olanda maraqlı bir fikir söylədi ki, ”çox təəccüblüdür, bir çoxlarını vəzifəyə təyin edəndə, həmin şəxslər vəzifədə olanda hakimiyyətə, siyasi kursa sədaqətli olurlar, vəzifədən çıxarılan kimi bəzilərinin üzü dönür olur ən sərt müxalifətçi". Çox təəssüf ki, kadrların içərisində belələri də olur".
A.Mirzəzadə hesab etmir ki, Ramiz Mehdiyevi müdafiə etmək üçün xüsusi bir kampaniyaya ehtiyac var: “Ramiz müəllim dünən özü bu məsələyə cavabını verdi. Biz xidməti olan insanları qorumağı bacarmalıyıq. Vəzifədə olarkən dövlət üçün, xalq üçün çalışmış insanların vəzifədən getdikdən sonra hörmətini saxlamağı bacarmalıyıq. Biz eyni zamanda gənclərimizə mesaj vermiş oluruq ki, sənin də xidmətinə nə zamansa yüksək qiymət veriləcək. Biz bütün enerjimizi yaradıcılığa, dövlətimizin möhkəmlənməsinə, Ermənistana qarşı hərtərəfli mübarizəyə yönəltməliyik. Bu baxımdan ayrı-ayrı şəxslərə qarşı kampaniyaların aparılmasını qəbul edə bilmirəm. Kimsə nədənsə narazı ola bilər, bu, artıq subyektiv məsələdir. Amma bu gün bizim əsas məsələmiz bu və ya digər şəxsi müzakirə etmək deyil, əsas məqsədimiz dövlətimizin möhkəm ayaq üstə durmasıdır, torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparmamızdır, koronavirusla mübarizədə uğurlar qazanmağımızdır. Məsələn, bu günlər Azərbaycanın təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının çağırılması Azərbaycanın nüfuzu, azərbaycançılığın beynəlxalq birlikdə qələbə qazanması deməkdir. Heç bir dövlət eyni vaxtda iki beynəlxalq təşkilata sədrlik edə bilmir. Bunu Azərbaycan edə bilir. Biz diqqətimizi belə məsələlərə yönəltməliyik”.
Bəzi siyasilər hətta Ramiz Mehdiyevi Əli İnsanovla, Rəsul Quliyevlə, Eldar Mahmudovla hakimiyyətə qarşı gizli işbirliyi qurmaqda ittiham edirlər. Ramiz Mehdiyevin belə bir işbirliyində olması mümkündürmü?” sualına A.Mirzəzadə belə cavab verdi: “Bu ittihamlar boş söhbətlərdir. Ramiz Mehdiyev hakimiyyətdə ikinci adam olub. Onun hakimiyyəti dəyişməyə nə marağı ola bilərdi. Ramiz müəllim Ulu öndərə sədaqətlə xidmət edən insanlardan biri olub. O, daim Prezidentə, dövlətçiliyə sədaqətlə xidmət etmək nümunəsini göstərən insanlardan biri olub. Kiminsə ona qarşı subyektiv münasibəti, hesab edirəm, müzakirə mövzusu ola bilməz. Biz, ümumiyyətlə, vəzifədən getmiş insanların sonradan bu şəkildə müzakirəsinə çox vaxt itirməməliyik. O başqa məsələ ki, cinayətə görə, ya ciddi səhvlərə görə işdən azad edilən insanların müzakirəsi gedə bilər. Ancaq məncə, hər vəzifədən çıxarılanın sonradan fəaliyyətində bir qüsur axtarmaq heç də yaxşı hal deyil. Ramiz müəllimsə uzun müddət Ulu öndərin silahdaşı olub. Cənab Prezident İlham Əliyev yüksək səviyyədə xidmət etmək nümunəsini göstərən insanlardan biri olub. Bu isə Azərbaycan elminə rəhbərlik edir, bu sahədə yeniliklər edir”.
Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağırdır
Yılmaz Vural istefaya göndərildi, Sərvət Çətin gətirildi - Türkiyə klubunda Baş məqçi dəyişib
"Hər hansı çağırış daxil olmayıb" - TƏBİB Ramiz Mehdiyevin səhhəti barədə yayılan xəbərə belə cavab verdi
Tovuzda 32 yaşlı ər arvadını öldürüb
Hərbi Prokurorluqda yeni təyinatlar olub - ADLAR
Prezident daha bir səfirin etimadnaməsini qəbul etdi - FOTO
Pakistanda yük maşını dərəyə yuvarlanıb - 15 nəfər ölüb
Nurlan Allahverdiyev 47 kq narkotiklə saxlanılıb
Sabah yağış yağacaq
Mərkəz rəhbərinin işi Ağır Cinayətlər Məhkəməsinə göndərilib
Prezident İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib - FOTO
İlham Əliyev BMT rəsmisini qəbul edib - Müzakirə + FOTO
Türkiyədə məktəb direktoru güllələndi - Uşaqlarının yanında...
"Kim deyib? Neçə nəfər olub?" - Sabiq icra başçısından PA-nın keçmiş rəhbəri barədə maraqlı açıqlama
"İlin sonadək Xocavəndə 1500-dək ailə köçürüləcək" - Emin Hüseynov
“Kifayət qədər yaşım var" - Rəbiyyət Aslanova Ramiz Mehdiyev barədə danışmaq istəmədi
Bakıda iki nəfər güllələlənib - Açıqlama (Yenilənib)
YAP Ramiz Mehdiyevlə bağlı toplanmayacaq - Açıqlama
Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu Şirkətlər Qrupu tərəfindən necə məhv edilir? - VİDEO
Ramiz Mehdiyevin hüquqlarını bu vəkil müdafiə edir
Əməkdar artisti Rəşad Bəxtiyarov vəfat edib
Ərəblər türk müdafiəçi ilə müqaviləni yeniləyir - Maaş da artırılır
Azərbaycan nefti cüzi bahalaşdı
"İnzibati yollarla taksiləri sıradan çıxarsaq..." - Deputat "Daha yumşaq qərar verilməlidir" deyir
Sosialist əməyi qəhrəmanı 86 yaşında vəfat edib
“İlham Əliyev bütün Qafqazın şərəfini qorudu" - Saakaşvili
Mişi Batşuayi Türkiyəyə dönməyə hazırlaşır
Türkiyədə zəlzələ oldu
Dünyanın iki nəhənginin ticarət savaşı qızışır - Tramp "Hazırda Çinlə ticarət müharibəsindəyik” dedi və...
“Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda panel müzakirəsi keçirilib
Almaniya: "Rusiya bütün Avropa üçün ən böyük təhlükədir”
Türkiyədə 10 İŞİD üzvü saxlanılıb
Britaniyalı nazir: "Buradan Putinə səslənirəm, əgər..."
Ukrayna MN: "Bizə gələn il üçün 120 milyard dollar gərəkdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Bu, onların işidir, mən qarışmıram” - Keçmiş Baş nazirdən Ramiz Mehdiyevin həbs xəbərinə reaksiya
Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
Aktrisa mafiya liderinin oğlu ilə ailə qurur - FOTOLAR
"Fənərbağça"nın prezidenti: "Satqın adamlar ürək bulandırır"
Netanyahu qripə yoluxub - Məhkəmə təxirə salındı
İsa Qəmbərdən Ramiz Mehdiyevlə bağlı - Açıqlama