"AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank"ın əmanətçilərinə 181,4 milyon manat kompensasiya ödənilib

img

06-07-2020 [17:43]


Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin 11,3 min əmanətçisinə 1 iyun - 6 iyul tarixlərində 181,4 milyon manat kompensasiya ödəyib.

Mia.az Fonda istinadən xəbər verir ki, kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" və “Kapital Bank” ASC-lərin adlı debet kartları, “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA