Keçmiş deputat yas dağıdan icra başçısına "təlxək" dedi: "Başının dəstəsiylə maskasız başqa yasa gəlib, halva yeyib" - VİDEO
05-07-2020 [12:45]
“Sizə də elə gəldi ki, Şəmkirdə yas yasağı var, ancaq yerli əhali buna əməl etmir? Mən o icra başçısının elədiyi "artist"liyə bir qədər sonra qayıdacağam, hələliksə onu deyim ki, Şəmkir ölkənin ən imkanlı rayonlarından biri olmasına baxmayaraq, hüzr məclislərində təmtəraqlı ehsan verməkdən ilk imtina etmiş əyalətlərdən biridir”.
Mia.az Yenisabah.az-a xəbər verir ki, bunu keçmiş millət vəkili Etibar Hüseynov Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədovun yas məclisini dağıtması ilə bağlı video xəbəriə münasibət bildirərkən deyib.
E. Hüseynov bildirib ki, uzun illərdir Şəmkirdə süfrəyə yalnız halva, pendir-çörək-salat və dovğa qoyulur. Karantin dövründə də çadır qurulmasından imtina edilib. Hər kəs həyətində imkan dərəcəsində yığcam hüzr məclisləri edir:
“Bunu qadağan etmək olmaz. Toyu, ad günü, son zəngi təxirə salmaq olar. Amma ölüm, faciə çağrılmamış qonaqdı. Adını çəkdiyim tədbirlərdən fərqli olaraq onu qabaqcadan planlaşdırmaq, hazırlıq görmək olmur. İnsan həyatının ən ağır durumu doğmalarını, yaxınlarını itirdiyi andır. Həmin vaxt sən bacı-qardaşın, qohum-əqrabanın, dost-tanışın, el-obanın faciə yiyəsinin başına toplaşmağa necə qadağa qoya bilərsən ki? Xüsusən də sonu bilinməyən, müddətsiz bir müddətə. Ona görə də insanlarımız da heç nəyə baxmadan, amma bir daha qeyd edirəm ki, maksimum yığcam şəkildə, öz həyət-bacasında bu məclisləri keçirir. Mən ümümiyyətlə, yas məclislərinin əleyhinəyəm”.
E. Hüseynov deyib ki, bu məsələdə Avropa dəyərlərinin tərəfdarıdır. Amma 100 illiklər boyu formalaşıb-kök atmış, "əcaib-qəraib" bəzi adət-ənənələrimizdən də bir ilin içində imtina edib, azad olmaq olmur: “Öz uğursuz qaydaları ilə günü-gündən hörmətdən düşmüş, artıq bir lağlağı obyektinə çevrilmiş "Operativ qərargah" da nəhayət ki, bu barədə daha dolğun, reallığa söykənən qərarlar qəbul etməlidir. Necə ola bilər ki, sən şəhərdə adi bir avtobusda, metro vaqonunda, marketdə qayda-qanun yarada bilmirsən, amma insanlara yas məclisi keçirməyə qadağa qoyursan? Necə ola bilər ki, sərt karantin tətbiq olmayan bir rayonda kafe-restoranlar gecə-gündüz işləsin, dolub-daşsın amma 30-40-50 adam yığışıb 2-3 saat ərzində, bir stəkan çay içib, ev yiyəsinə baş sağlığı verə bilməsin?
Əgər, bir daha qeyd edirəm: bu prosesin sonu proqnozlaşdırıla bilinmirsə (təbii ki, sizdən asılı olmayan səbəblərdən) onda bunun (toyun, yasın, ad günü, son zəng və.s) hər -hansısa variantda icazə metodu tapılmalıdı. Bu sonsuzluğa qədər davam edə bilməz axı. İnsanlara müvafiq qaydalara əməl etmək şərtiylə: müəyyən say, tempraturu ölçülmək, sosial məsafəyə riayət etmək, açıq məkanlarda olmaq şərtiylə, xeyir-şər məclisi keçirilməsinə icazə verilməlidir. Razılaşın ki, bu sonsuzluğa qədər davam edə bilməz”.
Keçmiş deputat icra başçısı A. Məmmədov haqda şok informasıya da verib. O, bildirib ki, elə bir neçə gün bundan əvvəl həmin icra başçısı elə dağıtdığı yas məclisi böyüklükdə bir mərasimdə iştirak edib:
“Şəmkirdə sərt karantin rejimi tətbiq olunmayıb. Hər tərəfdə kafe-restoranlar öz axarıyla işindədir. Yas məclisləri də mağar qurulmadan, maksimum yığcam şəkildə, hərə öz həyətində keçirir.
Bu günlərdə elə özüm də orda olub bir-sıra hüzr məclislərində iştirak etmişəm. Və videoda artistlik edən həmin icra başçısı da başının dəstəsiylə, maskasız, gəlib halvadan yeyib, üstündən də limonlu çay içib gedibdi. Bunu öz gözlərimlə görmüşəm.
Amma üstündən 2 gün keçməmiş adam əli kameralı jurnalistləri başına toplayıb gedib kiminsə yas məclisini dağıdır. Hüzr sahibini, məclisə glənləri cərimələdir, mollanı polis şöbəsinə apardır. Bundan DTX-nın hazırladığı süjetlərə bənzər rolik hazırlayıb sosial şəbəkələrdə "Şəmkir rayon İcra başçısı yanında Operativ qərargah" leyblıyla paylaşılır.
Onda sual olunur: nədən sənə hər-hansısa formada yaxınlığı olan kəslərə icazə verilir və sən özün də o məclislərdə başının dəstəsiylə iştirak edə bilirsən, amma kasıb-kusub, yetim-yesirə bu qadağan olunur?
Onsuz da ağır, əsəb və stresslə paralel yaşanan bu çətin günlərdə, dərdi üstünə dərd gəlmiş yaslı insanların faciəsi üzərində "təlxəklik" edərək özünə gülünc doğuran piar qazanmağın adı nədi? Yasın nə fərqi var ki? Əgər sən icazə vermirsənsə və ya iştirak etmirsənsə, o məclis, məclis olmur bəyəm? İnsan faciəsi üzərində şou düzəltməyin də bir bədəli olacaq yəqin ki”.
UNEC-də dərslər onlayn formata keçirilib
Sabah Bakının bu qəsəbəsində qaz olmayacaq
Vüqar Rəhimzadə: ""Əsrin müqaviləsi” iqtisadi inkişafın təməl prinsiplərini müəyyən etdi"
Türkiyə MN: "S-400-lər bizimdir, iddialar əsassızdır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Oleq Bakinskiyə "yox" deyildi
Xalq artisti Sərdar Fərəcov evə buraxılıb
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
PREZİDENT ONU TƏLTİF ETDİ - FOTO
İngilislər Arda Gülər üçşün 150 milyon təklif edib? - İspaniya mediasından şok iddia
"Bunu qəbul edən həmin kütlə mənə lazım deyil"
Rektor generalın həyat yoldaşını yeni vəzifəyə təyin edib - FOTO
Beyləqanda ər arvadını bıçaqlayıb
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
Ukrayna ilə Böyük Britaniya ilə "100 illik tərəfdaşlıq” sazişi qüvvəyə mindi: "Bu, bizim ittifaq gücümüzü ikiqat artırır”
Türkiyə Liviya vətəndaşları üçün vizanı sadələşdirib
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
Əli Əsədov Qırğızıstan prezidenti ilə görüşdə iştirak edib
Qəzzada daha 79 nəfər ölüb - 288 nəfər isə yaralanıb
Zaur Axundov "Silk Vey Vest"dən nə qədər qazanır? - Hesabat
16 yaşlı Ceyhun Nəcəfova hökm oxundu - Sinif yoldaşını öldürüb!
Onlar bu komitə yanında İctimai Şura üzvü seçildilər - SİYAHI
Zakir Həsənov Çinə gedib
AFFA bəzi klubları və futbolçuları cəzalandırıb
Sabah yağış yağacaq - Proqnoz
Prezident İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Nələr müzakirə olunub?
Müəllim MÜTDA rəhbərini ələ saldı: "Cənab Eşqi Bağırov,odun peçinə uzbe qoşsaq, printer işləyər? - "Nazirimiz problemlərdən elə danışır, elə bil..."
Türkiyədə yeni nazirlik yaradılır
Türkiyəli aktyor xəstəxanadan çıxdı - FOTO
Əli Əsədov Qırğızıstana gedib
Milli Məclisdə dinləmə keçiriləcək
"Harda yazılıb ki, xanəndə botoks etdirə bilməz?" - "Qarayaxma kampaniyaları aparan və həmin yazıları yazdıran adamlar..."
“Əsrlərin sədasında xalça sehri” sərgisi açılıb
Rusiyada azərbaycanlı iş adamı kimin qəzəbinə tuş gəlib? - Nəsimi Məmmədov həbs etmək istəyirlər
Türkiyədə İŞİD-ə qarşı növbəti əməliyyat: 51 şübhəli tutulub
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - FOTO
ChatGPT-də yeni qadağalar olacaq