Azərbaycanda yaşayan gürcülər Gürcüstanın ali məktəblərinə imtahansız qəbul olunacaq

Azərbaycanda yaşayan gürcülər Gürcüstanın ali məktəblərinə imtahansız qəbul olunacaq

CƏMİYYƏT

04.07.2020, 11:41

Azərbaycanda yaşayan gürcülər Gürcüstanın ali məktəblərinə imtahansız qəbul olunacaqlar.

Bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qərar qəbul edib.

Qərar vahid milli imtahanlar üçün qeydiyyatdan keçən və yaranmış vəziyyətə görə Gürcüstana gedə bilməyən həmvətənlərə şamil olunacaq.

Qərara əsasən, Azərbaycanda yaşayan 70-ə yaxın gürcü abituriyentin ali təhsili dövlət hesabına maliyyələşdiriləcək. Gürcüstan hökumətinin müvafiq qərarı Azərbaycanda yaşayan soydaşların dəstəklənməsinə yönəldilib/Report.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR