İnterpol İranın Trampla bağlı müraciətini qəbul etmədi​​​​​​

img

29-06-2020 [19:09]


İnterpol İran hökumətinin ABŞ prezidenti Donald Tramp barəsində “qırmızı xəbərdarlıq”la axtarış elan etmək müraciətini qəbul etməyib.

"The National” xəbər verir ki, bu barədə İnterpoldan bildiriblər.

Lakin İnterpol mövcud hüquqi qaydalara görə hər hansı müdaxilə və ya siyasi, hərbi, dini, yaxud irqi səciyyəli fəaliyyətləri üzərinə götürməsilə bağlı səlahiyyətinin olmadığını açıqlayıb.

Belə bir müraciətin İran tərəfindən gəlməsini təsdiqləməyən təşkilat belə bir şey olsa belə, onu yerinə yetirməyin qeyri-mümkün olduğunu diqqətə çatdırıb.

ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Kuk sözügedən müraciətin təbliğat xarakterli olduğunu, heç kimin ciddi qəbul etmədiyini bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA