“Mənzillər yeni ilə qədər sahiblərinə təhvil veriləcək”

img

18-10-2013 [18:01]


Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binanın mənzilləri yeni ilə qədər sahiblərinə təhvil veriləcək. Bunu "Media forum” saytına KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

O bildirib ki, bina ilə bağlı sərəncamın verilməsi üçün bütün sənədlər Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib: "Öncə qurumun komissiyası sənədlərə baxıb rəy verir ki, sənədlər qəbul olunsun. Daha sonra məsələ ilə bağlı xüsusi dövlət komissiyası yaradılır və həmin komissiya üzvləri o sənədlərə qol çəkir. Son olaraq isə binanın istismara verilməsi üçün ikinci sərəncam imzalanır. Binadakı mənzillər yeni ilə qədər sahiblərinə təhvil veriləcək”.

Yeni Salyan yolu, 22-də yerləşən binanın açılış mərasimi iyulun 22-də olub, 156 mənzilin sahibləri müəyyənləşib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA