Koronavirus testindən keçən deputat: "Yoluxmamışam..."

img

23-06-2020 [17:52]


Millət vəkili Erkin Qədirlinin koronavirus testi neqativ çıxıb

Mia.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib. 

Bildirib ki, sırağagün Milli Məclisdə koronavirus testindən keçib:

"Cavabı "neqativ" oldu. Yəni, yoluxmamışam. Bunu niyə yazdım?

Əslində, bundan əvvəl də 2 dəfə testdən keçmişdim, amma yazmadım. Çünki, onda durum indiki qədər ağır deyildi. Bu gün isə nəticəmi paylaşdım ki, mənimlə ünsiyyətdə olmuş hər kəs rahat ola bilsin. Epidemiya dönəmində sağlamlıq haqq olmaqdan çıxıb öhdəliyə çevrilir. Belə dönəmdə yalnız özümüz üçün deyil, başqaları üçün də sağlam qalmalıyıq. Özünüzü qoruyun!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA