Azərbaycan və İraq XİN başçıları telefonda danışıb

img

24-06-2020 [18:38]


Xarici İşlər naziri Elmar Məmmədyarovun İraq Respublikasının Xarici İşlər naziri Fuad Huseyn ilə telefon danışığı olub.

Bu barədəXİN-dən Mia.az-a  verilən məlumata görə, nazirlər iki ölkə arasındakı əlaqələrin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıb, habelə münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.

Tərəflər, habelə ümumdünya sağlamlıq böhranı ilə bağlı mövcud vəziyyət və hər iki ölkə tərəfindən bu xüsusda görülən tədbirlər barədə fikirlərini bölüşərək, qlobal pandemiya şəraitində qarşılıqlı yardımın və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Nazirlər, habelə çoxtərəfli platformalarda mövcud əməkdaşlığın bundan sonra da davam etdirilməsinə razılaşıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA