Milli Məclisdə iclaslarının təxirə salınması və onlayn iş rejiminə keçirilməsi məsələsi qaldırıldı

img

19-06-2020 [11:45]


“Bu gün bizi gözləyən ciddi təhıükələrdən biri sosial şəbəkələr üzərindən hansısa təxribatçı qrupun dövlətə qarşı fəaliyyətidir. Daha sonra isə bunu Dağıstanda baş verən hadisələr üzərindən etməyə çalışdılar”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, dövlət başçısının müdrik siyasəti nəticəsində bu dalğanın da qarşısı alındı:

“Bu gün pandemiya ilə bağlı vəziyyət mürəkkəbdir. Hazırda ölkəmizda xalqın qarşısına çıxıb açıqlama, izahat verəcək virusoloq, bakteroloq yoxdur. Dünyada təcrübə var ki, başqa ölkələrdən bu sahənin mütəxəsislərini dəvət etməliyik. Digər tərəfdən pandemiyada bütün məsuliyyəti polisin üzərinə atmaq olmaz. Bu gün çox ciddi qərarlar almalıyıq. Lazım olsa, Milli Məclisin iclaslarını da təxirə salmaq istiqamətində düşünməli və onlayn iş sisteminə keçməliyik”./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA