Milli Məclisə həkimlərin həyat sığortası ilə bağlı layihə təqdim edilib

img

19-06-2020 [16:03]


“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna həkimlərin həyat sığortası ilə bağlı müddəanın daxil edilməsi vacibdir”.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, bu təkliflə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinə layihə təqdim edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, həmin layihə aidiyyəti şöbəyə yönləndirilib: “Həmin şöbə tərəfindən bu qanun layihəsinin qəbulu məqsədəuyğun sayılsa, növbəti iclasların birində müzakirəyə təqdim ediləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA