"Artıq dözə bilmirəm, 5-ci gün zəng vurmuşam ki, oğlunda virus çıxıb, deyir ki..." - Mətbuat katibindən maraqlı mesaj
15-06-2020 [12:59]
“Bu barədə ilk dəfədir post yazıram. Və bunu işlədiyim müəssisədə hansısa vəzifə sahibi kimi yox, dövlət adından yox, sadə vətəndaş kimi yazıram. Artıq həqiqətən dözmürəm. Bəsdir, məsuliyyətsizlik etdiniz! Kanallardan birindən zəng ediblər, deyirlər ki, müxbirimiz 4-5 gündür ki, yüksək qızdırma ilə işə gəlib-gedir. Deyirəm, niyə 103-ə məlumat vermir? Niyə gəzir ortalarda? Deyilir ki, karantində işləmək üçün ancaq onun adı verilib axı... Bu nə eqoistlikdir axı?”.
Mia.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva sosial şəbəkədəki hesabında yazıb.
TƏBİB rəsmisi bildirib ki, o gün bir nəfərin analizi pozitiv çıxıb, güclə yoldaşı və oğlundan test götürülüb, "nəticəni gözləyin" deyilib:
"5-ci gün zəng vurmuşam ki, oğlun pozitivdir. Deyir ki, onun heç nəyi yoxdur, yığışıb uşaqlarla rayona çıxdılar. Niyə belə eqoistik? Axı xəstəliyi niyə camaatın uşağına keçirməlidir? Bəlkə aralarında hansısa yanaşı xəstəliyi olan var? Bəlkə qaldıra bilməyəcək və kiminsə ölümünə səbəb olacaqsız? Elə bir-birinə qoşulub gedənlərdə də günah var. Nə bilirsiniz ki, sabah mənimlə yoldaş olub uzaq yola bir maşında çıxsanız, mən daşıyıcı deyiləm, mən xəstə deyiləm? Niyə hər kəs məsuliyyətini dərk etmir? İndicə bir kanaldan zəng ediblər: “Bacım tibb bacısıdır, 3 gündür qızdırmalıdır, rentgen edib pnevmoniyası var, özünə sistem qoşub evdə müalicə edir, amma ağırlaşıb, xahiş edirəm, kömək edin”. Dəfələrlə demişik ki, evdə müalicəyə qalxmayın! Ağırlaşıb gəlirsiniz, sonu pis nəticələnir, yenə də günahkar həkimlər olur. Əvvəldən də demişdik ki, qaydalara riayət edin, məsuliyyətli olun. Heç bir qabaqcıl ölkənin səhiyyəsi bu pandemiyaya tab gətirmir. İtaliya, İspaniya kimi ölkələr ilk gündən başlı-başına buraxdı, Rusiyada ilk günlər xəstəxanadan oksigen balonunu əlinə verib xəstəni evə yola salınanlar olmuşdu. Bizdə isə simptomsuzlar belə dövlət tərəfindən nəzarətə götürülüb izolyasiya edilirdi. Bəli, kimlərsə deyəcək ki, sosial şəbəkələrdə bu qədər postlar var, aparmağa gecikirsiniz. Bu vəziyyətin gəlməməsi üçün özümüzü öldürürdük. Buna baxmayaraq, yenə də hər hansı bir halı görən kimi dərhal reaksiya veririk”.
Rəvanə Əliyeva virusa inanmayanlardan da söz açıb: "İnanmıram" deyənlər çoxdur dostluğumda, ələ salanlar da eləcə... Lap yaxınlarımdan da bunu yazanlar var. Bizim sizin kimi məsuliyyəti olmayan eqoistlərə görə gecə-gündüzümüz, istirahətimiz yoxdur. Bu müddətdə o qədər "inanmıram" deyib, sonra hansısa yaxını üçün yalvaranlar oldu ki... Testin nəticəsi hələ bəlli olmadan "xahiş edirəm, yerləşdirin xəstəxanaya" deyənlər... Mütləq özümüzə çatanda inanmalıyıq?! Mən istəmirəm sizin kimi məsuliyyətini dərk etməyən vətəndaşlara görə mənim əzizlərimə virus gəlib çatsın. Yuxarıda sadaladığım halların hər birinin əsasında heç nə vecinə olmayan, xəstəliyi yayan insanın məsuliyyətsizliyi durur. Kimlərsə "inanmıram" deyərək sahibi olduğu restoranının, kafesinin durumunu qurtarmaqçün insanları inanmamağa səsləyən postlar paylaşırsa, bu eqoistlikdir. Yazıb ələ saldığınız, insanları yalanlarınıza inandırmaq istədiyiniz məsələlərin hər birinə cavabım var, amma sizlərlə burada söz güləşdirməkdənsə, 1 dəqiqə belə vaxt itirmədən ölümlə savaşan insanlara kömək etməyi üstün tuturam. Bircə şey deyim, nəyəsə həqiqətən inanmırsınızsa, inancınızı özünüzdə saxlayın, bilib-bilmədən hər şeydən mütəxəssis kimi danışmayın, heç də yaxşı görünmürsünüz. Yenə deyirəm, bu rejimdə gecə-gündüz işləməyə ilin sonuna qədər razıyam, təki əzizlərimə bir zərər dəymədən bu bəladan qurtulaq. Nə bu rejimdə işlədiyimə görə artıq pul almıram, nə də hər "koronavirus xəstəsi" tapılanda… Bəli, mən qorxuram, koronavirusdan qorxuram, özümə görə yox, yaxınlarıma görə qorxuram. Siz də bir zəhmət, inanmasanız belə, maska taxaraq, məsafə gözləyərək, işiniz olmayanda küçəyə çıxmayaraq inanmayın. Sizin həftəsonu istirahətinizə görə insanların sağlamlığı təhlükəyə düşməli deyil! Ən əsası, sizə görə həkimlərimiz ölür!”.
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib