Avropa Parlamentinin Birgə Bəyannaməsi Ermənistanda niyə siyasi zəlzələ effekti yaratdı? - Deputatdan şərh
12-06-2020 [12:39]
Məlum olduğu kimi, 10 iyun 2020-ci ildə Avropa Parlamentində (AP) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yüksək siyasi əhəmiyyətə malik olan Birgə Bəyannamə qəbul edilib.
Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən imzalanmış bu sənəddə Ermənistanla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsini birləşdirən üçüncü avtomagistralın tikilməsinə etiraz bildirilərək, bu cür qanunsuz fəaliyyətlərin beynəlxalq hüquq prinsipləri ilə tam ziddiyət təşkil etməsi müddəası əksini tapdı.
Adı çəkilən Bəyannamənin əhəmiyyəti və işğalçı ölkədə yaratdığı “siyasi zəlzələ”nin səbəbi nədir!?
Mia.az xəbər verir ki, qətnaməni sosial şəbəkədəki səhifəsində şərh edən ATƏT PA-nın vitse-prezidenti, deputat Azay Quliyevin sözlərinə görə. biirncisi, ilk dəfədir beynəlxalq təşkilat, yəni Avropa Parlamenti səviyyəsində Ermənistandan başlanan və Azərbaycanın işğal olunmuş ərazilərinədək davam edən qanunsuz infrastruktur layihəsi bu qədər açıq və birmənalı mətnlə pislənilir:
"İkincisi, bu bəyanat ilk dəfədir ki, Avropa Parlamentinin yalnız Azərbaycan üzrə məruzəçisi tərəfindən deyil, həm də Ermənistan üzrə məruzəçisi Trayan Basesku və bundan başqa Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən qəbul edilir. Hələ indiyə kimi Ermənistan üzrə məruzəçi belə bir ədalətli, doğru və cəsarətli addım atmamışdı. Bu tarixi nailiyyət Trayan Baseskuya nəsib oldu. Mən onu ürəkdən təbrik edir və ona səmimi təşəkkürümü bildirirəm.
Üçüncüsü, adıçəkilən Bəyannamə münaqişə kontekstində verilir və Avropa Parlamenti Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətini bir daha ifadə edir. Sənəddə qeyd edilir ki, magistral yolun tikintisi Azərbaycanın səlahiyyətli qurumlarının razılığı olmadan qərarlaşdırıldığına görə bu proses beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozuntusudur.
Dördüncüsü, bununla bərabər, sənəddə həm də magistral yol tikintisinin münaqişə prosesinə yaratdığı maneə və təhlükələr də öz əksini tapıb. Bəyannamədə göstərilib ki, magistralın tikintisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı nəticələrinin möhkəmləndirilməsinə yol açaraq etimad və sülhün yaradılmasına əlavə təhlükələr yaradır.
Yuxarıda sadalanan faktları nəzərə alaraq belə bir nəticəyə gələ bilərik ki, adı çəkilən Birgə Bəyannamənin müddəaları gələcəkdə Azərbaycan üçün yaxşı presedent rolunu oynaya bilər:
a) Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlərin, maddi resurslardan qanunsuz istifadə faktlarının pislənilməsi istiqamətində Avropa Parlamenti və digər qurumlar tərəfindən yeni sənədlər qəbul edilə bilər;
b) Birgə Bəyannamənin qəbul olunması erməni işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonların ərazisində Ermənistan tərəfindən həyata keçirilən mədəni irsimizin təhrifi siyasəti, tarixi-mədəni abidələrimizin dağıdılması, dəyişdirilməsi və qanunsuz yollarla satışa çıxarılması faktlarının ifşası istiqamətində tədbirlərin görülməsi üçün də baza rolunu oynaya bilər.
Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul edilmiş ilk bu cür sənəd olan Avropa Parlamentinin birgə bəyannaməsi Ermənistanın uzun illərdir ki həyata keçirdiyi qanunsuz fəaliyyətlərinə AP-nin qətiyyətli və obyektiv münasibətinin ifadəsidir.
Bu sənəd işğalçı ölkənin növbəti məğlubiyyəti, Azərbaycanın isə növbəti diplomatik uğurudur.
Bu sənəd Azərbaycan Prezidenti cənab İlham Əliyevin hücum diplomatiyasının konkret nəticəsi, dövlətimizə beynəlxalq aləmdə olan inam və etimadın göstəricisi, xarici siyasət idarəmizin, Brüsseldəki səfirliyimizin dövlət başçısının tapşırıqlarını peşəkar formada icra etməsinin ən yaxşı nümunəsidir. Bu həm də Azərbaycanın Parlament diplomatiyasının nailiyyətidir".
İspaniya XİN başçısı: "NATO lazım gələrsə Qrenlandiyanın təhlükəsizliyini gücləndirə bilər"
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: saxlanılanlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xabi Alonso istefaya göndərilib
Mübariz Mənsimovu kim "vurdurur" və ya Türkiyədəki saxta xəbər Azərbaycan "bazarı"na necə girib?
Əli Kərimlinin müavini istintaqa çağırıldı - Ramiz Mehdiyevlə bağlı
"Beşiktaş" Emmanuel Aqbadunu transfer edir
Denis Draquş "Qaziantep"ə transfer olunub
"Azercell Telecom" yeni rouminq paketlərini istifadəyə verir
"Trabzonspor" Serdar Saatçını icarəyə verib
"Qalatasaray" Can Armando Günerin transferində "dalan"a dirənib
"Beşiktaş" Qabriel Paulista ilə yolların ayırıb
Solovyova görə Ermənistan Rusiyaya nota verib
Özbəkistan və Türkiyə arasında strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib
Xaricdə təhsil üzrə Dövlət Proqramı: universitet və proqramların siyahısı təsdiqləndi
Tramp özünü "NATO-nun xilaskarı" adlandırıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanda havanın temperaturu 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Şəkidə 66 yaşlı kişi öldürülüb
Qaribaşvili beş il müddətinə azadlıqdan məhrum edilə bilər
Bu gün geomaqnit qasırğası gözlənilir
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
PREZİDENT MÜŞAVİRƏ ÇAĞIRDI - Müzakirə + FOTOLAR (Yenilənib)
Azərbaycan və Sudan XİN-ləri arasında siyasi məsləhətləşmə keçirilib
İranlı narkotacirin Bakıdakı kuryerləri saxlanılıb
"Bonte" restoranında tavan çöküb
"Süni intellekt, “ChatGPT” və digər amillər sadəcə olaraq bir vasitədir" - Misir Mərdanov "Heç bir şey kitabı, danışığı əvəz edə bilməz" deyir
Ehtiyatdan çağırılan zabitlərlə bağlı dəyişiklik - Prezident yeni qanunu təsdiqlədi
"Oleq Bakinski"yə Amnistiya aktı şamil olunub
RƏSMİ TEHRANDAN MÜHARİBƏ ANONSU: "Savaşa da hazırıq"
Ötən il 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub - Statistika
Şəhid Bəhmən Səfərəliyevin xatirəsi anılıb - VİDEO
Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - FOTO
Bakıya sulu qar yağacaq - Sabahın hava proqnozu
İRANLA BAĞLI BƏZİ QEYDLƏR - Fazil Mustafa yazır
Əhməd İsmayılov: "Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü..." - MÜSAHİBƏ
Xəzərin üzərindən Bakının mərkəzinə körpü salınır? - Rəsmi açıqlama
Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib
Azərbaycan qazının büdcə qiyməti 440 dollardan götürülüb