XİN rəhbəri: “Ərazini əldə etmək üçün gücün tətbiq edilməsi beynəlxalq hüquqla qəbuledilməzdir”
10-06-2020 [17:48]
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində keçirilən, “İsrailin işğalçı hökumətinin 1967-ci ildə işğal olunmuş Fələstin Dövlətinin ərazilərinin bir hissəsini ilhaq etmək təhlükəsi” ilə bağlı növbədənkənar açıq virtual iclasında çıxış edib.
Xarici İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, nazir Azərbaycan İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini vurğulayıb.
“İşğal olunmuş Fələstin ərazisinə təsir edən mühüm hadisələri nəzərdən keçirmək məqsədilə bir araya gəldiyimiz bir vaxtda, Azərbaycanın qardaş Fələstin xalqının dövlətçilik, sülh, sabitlik və davamlı inkişafa verdiyi səylərini tam dəstəklədiyini bir daha bildirmək istərdim. Müxtəlif beynəlxalq forumlarda dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
Bununla əlaqədar olaraq, İordan çayının qərb sahilinin bir hissəsinin ilhaqına yönəlmiş mümkün hərəkətlər barədə xəbərlərdən narahatlığımızı bildiririk. Həll prosesinə təsir göstərə biləcək bütün hərəkətləri hər iki tərəf razılaşdırmalıdır. Buna görə də tərəfləri sülh danışıqlarına daha da zərər verə biləcək və beynəlxalq hüququ pozan birtərəfli addımlar atmaqdan çəkinməyə çağırırıq.
Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan, paytaxtı Şərqi Qüds olan suveren və müstəqil Fələstin Dövlətində öz müqəddəratını təyinetmə və azadlıq da daxil olmaqla, Fələstin xalqının ayrılmaz hüquqlarının və qanuni milli istəklərinin reallaşdırılmasına yönəlmiş səylərin təşviq olunmasına sadiqdir. Fələstin məsələsinin bütün aspektlərinin, o cümlədən fələstinli qaçqınlar məsələsi də daxil olmaqla, beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və sülh yolu ilə həllinə yönəlmiş səylərə dəstəyimizi bir daha bildiririk.
Həqiqətən, hazırda dünya pandemiyadan çox əziyyət çəkir və pandemiyanın nəticələrinə qarşı mübarizə ölkələr və beynəlxalq təşkilatlar arasında intensiv beynəlxalq əməkdaşlıq və yardım tələb edir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası dünyanın 15-ə yaxın ölkəsinə humanitar yardım göstərmişdir. İnsanların əzab-əziyyətlərinin yüngülləşməsinə yardımçı olmaq və Fələstində yeni növ koronovirusun yayılmasının qarşısını almaq üçün göstərilən səyləri dəstəkləmək məqsədilə Fələstin Qaçqınlarına Yardım və İşlərin təşkili üzrə BMT-nin Agentliyinə (UNRWA) 2020-ci ildə 300.000 ABŞ dolları məbləğində töhfə verdik.
Ərazini əldə etmək üçün gücün tətbiq edilməsi beynəlxalq hüquqla qəbuledilməzdir və bütün dövlətlərin işğal nəticəsində yaranan vəziyyəti hüquqi tanımamaq və bu vəziyyətin davam etdirilməsinə kömək və ya yardım göstərməmək öhdəlikləri var. 30 ilə yaxındır ki, beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı davam edən Azərbaycan Fələstin xalqının hisslərini tam bölüşür”, - deyə nazir qeyd edib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb