"Ailə yas mərasimi keçirməyib, kənd tam nəzarətdə olub" - İsmayıllı İcra Hakimiyyətindən yayılan xəbərlərə sərt reaksiya
11-06-2020 [22:48]
"İsmayıllı Rayon İcra Hakimiyyəti rayonun Quşencə kəndində koronavirusa yoluxmaya qarşı tədbirlərin görülmədiyini və yas mərasiminin keçirildiyini iddia edən, sosial şəbəkələrdə yayılan məlumatları, birmənalı olaraq, təkzib edir".
İsmayıllı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan Mia.az-a bildirilib ki, iyunun 1-də Bakı şəhərində yaşayan Mustafayev Azər Bəyoğlan oğlu “COVID-19” virusu səbəbindən vəfat etdikdən sonra cəsədi Quşencə kəndinə gətirilib və doğulduğu kənddə dəfn olunub:
"Dəfn mərasimi karantin qaydalarına uyğun aidiyyəti qurumların nəzarəti altında həyata keçirilib. Mərhumun ailə üzvləri Quşencə kəndində qohumlarına məxsus evdə qalıblar. Onlardan test nümunəsi götürülüb, laboratoriyaya göndərilib.
İyunun 4-də ailənin digər oğlu Bakıda eyni səbəbdən vəfat edərək Quşencə kəndinə gətirilib və dəfn olunub. Bu dəfə də dəfn mərasimi tam nəzarət altında icra edilib. Ailə üzvlərindən təkrar test nümunələri götürülüb.
Ailə yas mərasimi keçirməyib, Quşencədə olduğu günlərdə tam nəzarətdə olub. Bu müddətdə 2 dəfə test nümunəsi götürülsə də neqativ nəticələr əldə olunub. Sonrakı günlərdə təkrar testləri pozitiv olan ailənin bütün üzvləri Ağdaş Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Xüsusilə qeyd edək ki, İsmayıllı rayonunda pandemiyaya qarşı mübarizə tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş tələblərə uyğun davam etdirilir.
Kütləvi informasiya vasitələri əməkdaşları və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bildirmək istərdik ki, son günlər artmaqda olan yoluxma hallarının İsmayıllıdakı gedişatı ilə bağlı nigaranlıqlarını anlayırıq. Bu səbəbdən irәli gәlәn emosional çıxışlar da başadüşüləndir. Lakin bəzən bu cür nigaranlıq və emosional hislər əhalidə çaşqınlığa səbəb olur, dövlət tərəfindən görülən tədbirlərə kölgə sala bilir. Unutmayaq ki, pandemiyanın yaratmış olduğu çәtinliklәrdәn biri də informasiya mәkanında mәsuliyyәtin vә sağlam düşüncənin qorunması ilә bağlıdır. "COVID-19" epidemiyasının yalnız virus təhlükəsi deyil, informasiya sahәsindә də tәhlükәlәr burulğanı olduğunu nәzәrә alaq və məlumatlar yayarkən daha məsuliyyətli olaq. Bəzi məsuliyyətsiz sosial şəbəkə istifadəçilərinə dezinformasiyalar əsasında “jurnalistlik” etməməyi və peşəkar müxbirlərin işinə əngəl olmamağı tövsiyə edirik. Bu cür arzuolunmaz məşğuliyyətdən uzaq duraq, məsuliyyətli KİV-lərin, dövlətin, həkim və polislərin işinə yardımçı olaq".
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb