“Azərbaycanda koronavirusla mübarizədə çevik və ən qabaqcıl metodlar tətbiq edilib” – Nurəddin Mehdiyev
11-06-2020 [12:31]
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına öz münasibətini bildirib:
“Bakıda yaşayan bir ingilis tanışım mənə danışırdı ki, mart ayında İngiltərədən Bakıya işguzar səfər edən və aeroportda qarşılanaraq sosial təcrid məqsədi ilə Atletlər Kəndinə yerləşdirilən bir neçə İngiltərə vətəndaşı qarşılanma, yerləşdikləri Atletlər Kəndində yaradılmış şərait və koronavirusla mübarizə sahəsində görülən işlərlə bağlı öz təəccüblərini gizlətməmişdilər. Onlar Avropanın ən qabaqcıl səhiyyəsi olan olan ölkələrdə, o cümlədən Birləşmiş Krallıqda belə səhiyyə sisteminin bir çox çətinliklərlə üzləşdiyini, Azərbaycanda isə bu istiqamətdə çevik və ən qabaqcıl metodların tətbiq edilməsi ilə addımların atıldığını söyləmişdilər. Söz vermişdilər ki, İngiltərəyə qayıtdıqdan sonra bu haqda mütləq mətbuatda məqalə yazacaqlar”.
Nurəddin Mehdiyev qeyd edib ki, iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qısa müddət ərzində quraşdırılmış üç modul tipli xəstəxananın açılışı, deyilənlərin nə qədər həqiqət olduğunu göstərdi.
İndiyədək Azərbaycanda yeni modul tipli 4 xəstəxana açılmış, iyunun sonuna kimi daha 6 xəstəxana açılacaq və bununla da yeni yaradılmış modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq. Bu isə əlavə iki min çarpayı deməkdir, təbii ki, bu da koronavirusla bağlı mübarizədə mövcud imkanları daha da genişləndirəcək:
“Prezident İlham Əliyev öz çıxışında maraqlı məqamlara toxunub. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Bir çox ölkələrdə xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir. Prezident İlham Əliyev bir sıra inkişaf etmiş ölkələrin nümunəsini misal çəkərək demişdir ki, bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir”.
Nurəddin Mehdiyevin fikirincə, Prezidentin bu fikirləri, illərdir Azərbaycan səhiyyəsinin inkişafına pessimist baxışlara sahib insanlara cavab idi. Məhz Azərbaycanda mövcud səhiyyə imkanları pandemiya dövründə vəziyyəti nəzarət altında saxlamağa imkan verdi. Son 16 il ərzində bütövlükdə 700-dən çox tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı təmir edilib, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bir neçə dəfə bu sahədə nümunəvi ölkə adlandırıb. Operativ Qərargahın, İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini müsbət qiymətləndirməyi də bacarmalıyıq: “İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, Azərbaycan dövləti hər bir Azərbaycan vətəndaşının yanındadır. Məhz bu prinsiplərə görə, koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl 20 xəstəxana ayrılıb, yeni 20 - dən çox laboratoriyalar alınıb. Çətinliklərə baxmayaraq, minlərlə vətəndaşımız xaricdən təxliyə edilib və bu proses davam etdirilir. Dövlətimiz şüurlu şəkildə məhdudlaşdırıcı tədbirlərə gedərək insanların sağlamlığını iqtisadi amildən üstün tutdu. Azərbaycan dövləti vətəndaşların sağlamlığını ön planda tutmaqla yanaşı iqtisadiyyatımızı da qorumağa çalışır və buna nail olur. Bütün iqtisadi çətinliklərə baxmayaraq pandemiya dövründə Azərbaycanda iqtisadi fəaliyyət uğurlu olub. Qeyri-neft sektorunda sənaye 14 faiz, kənd təsərrüfatı 3,6 faiz artıb”.
Nurəddin Mehdiyev vurğulayıb ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Azrbaycan COVİD-19-la mübarizə məqsədilə fərdi qaydada 14 ölkəyə, ÜST xətti ilə Quşulmama Hərəkatına üzv 15 ölkəyə, ümumilikdə 29 ölkəyə humanitar yardım göstərmişdir. Bu Azərbaycana olan rəğbət və hörməti artırır. Koronavirusla mübarizə sahəsində əldə olunan uğurun əsas səbəbi xalqın öz dövlətinin yanında olmasıdır. Azərbaycan vətəndaşlarından dövlət başçısına hər gün daxil olan yüzlərlə məktubda ölkəmizdə pandemiya dövründə görülmüş işlərə yüksək qiymət verilməsi də dediklərimizi təsdiq edir. Prezident öz çıxışında Azərbaycan vətəndaşlarının göstərdiyi dəstək və həmrəyliyi təqdirəlayiq hadisə kimi qiymətləndirdi:
”Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir.”
Şura sədri sonda deyib ki, Azərbaycan cəmiyyətinin tətbiq olunan məhdudiyyətlərə münasibətdə çox böyük məsuliyyət, nizam-intizam göstərməsi ilə yanaşı bir çox vətəndaşların məsuliyyətsiz davranaşı ucbatından son günlər yoluxanların sayı artmışdır: “İnsanlarımız başa düşməlidirlər ki, Azərbaycan dövləti tərəfindən atılan bütün addımlar, xüsusi karantin rejiminin tətbiqi onların sağlamlığı üçündür. Hamı görür ki, Azərbaycan Prezidenti bütün qapalı yerlərdə tibbi maskadan istifadə edir. Hər kəs bundan nümunə götürməli, ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində və digər yerlərdə maskadan istifadə etməli, sosial məsafəni qorumalıdır. Bu bir həqiqətdir ki, koronavirusla mübarizədə daha tez qələbə çalmağımız üçün daha çox məsuliyyətli olmalı və dövlətimizin atdığı bütün addımlara dəstək verməliyik”.
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib