"İt də, pişik də, hətta dovşan da saxlayırıq" - Deputatlardan it gəzdirilməsinə icazə ilə bağlı maraqlı açıqlamalar
10-06-2020 [18:44]
2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Qapanma günlərində insanlar itləri gəzdirməkdə azaddırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib ki, ölkədə elan edilən sərt karantin günlərində vətəndaş itini gəzdirmək üçün ancaq yaşadığı evin yaxınlığına çıxa bilər.
Mia.az xəbər verir ki, Oxu.Az mövzunun aktuallığını nəzərə alıb Milli Məclisin deputatlarından kimlərin ev heyvanı saxlayıb-saxlamaması ilə maraqlanıb.
Deputat Sabir Hacıyev deyib ki, bir neçə il bundan qabaq ev heyvanları saxlayıb. Onun sözlərinə görə, heyvanlara münasibətdə həssasdır.
“Mən əvvəllər it də saxlamışam, pişik də. İndi sahibsiz itləri, pişikləri görəndə onlara qayğı ilə yanaşıram, yemək verirəm. Hətta olur ki, yolda avtomobil vuran itləri baytara aparıram”.
Deputat Nurlan Həsənov isə ev heyvanlarına marağının olmadığını və saxlamadığını bildirib.
Millət vəkili Tahir Kərimli qeyd edib ki, şəhər şəraitində heç zaman ev heyvanları saxlamayıb. Bununla belə, əlavə edib ki, İsmayıllıdakı həyət evində pişiklər, kiçik it olub:
“Amma həmin iti maşın vurdu. Övladlarımın, nəvələrimin də ev heyvanlarından xoşları gəlir. Hazırda isə ev heyvanları saxlamırıq”.
Deputat Kamilə Əliyevanın sözlərinə görə, ev heyvanlarını xoşlasa da, onları saxlamağa üstünlük vermir.
“Mən bioloqam, başa düşürəm ki, ev heyvanlarının tükləri allergik reaksiyalar verə bilər. Amma ev heyvanlarını çox sevirəm. Digər insanlar ev heyvanı saxlayırlarsa, onların sərt karantin rejimində həyətə düşə bilmələrinə icazə verilir. Burada bir qəbahət də görmürəm”.
Vüqar İsgəndərovun sözlərinə görə, ev heyvanlarını çox sevir, amma şəhər evindəki şəraitlə əlaqədar onları saxlamaq alınmır:
“Hətta kiçik qızım ev heyvanı almağımı istəyirdi. Amma Bakıda ev şəraitinə görə saxlaya bilmirik”.
Millət vəkili Fəzail Ağamalı söyləyib ki, bağ evində it də saxlayır, pişik də:
“Amma onları gəzdirməyə ehtiyac yoxdur. Özləri həyətdə gəzirlər, sərbəstdirlər. Onları qəfəsə salmırıq”.
Fazil Mustafa da ev heyvanları saxlayanlar sırasındadır – itdən tutmuş qaza qədər. Bir sözlə, onun “heyvan ferması” daha zəngindir.
“Ev heyvanlarını bağda saxlayıram. İtlər də var, qazlar da var, toyuqlar da var, dovşanlar da. Bildirçin də saxlayıram”.
Rüfət Quliyev də bağ evində iki sadə çoban iti var. “Lap vəhşi cinslərdən deyil”, - deyən R.Quliyev akvariumunun olduğunu da bildirib.
“Akvariumda da sadə, ucuz balıqlardır”.
Xanım deputat Jalə Əliyeva isə hazırda ev heyvanı saxlamır. O, vaxtilə pişik saxladığını deyib:
“Təəssüflər olsun ki, ev heyvanım yoxdur. Olsaydı, məmnuniyyətlə gəzdirərdim. Mənim bir pişiyim var idi. Amma onun həyatı faciəli bitdi. Ondan sonra ev heyvanı saxlamağa qorxuram. Çünki alışıram, sonra nəsə olanda mənə çox pis təsir edir”.
Xanım deputat Əminə Ağazadə isə ev heyvanı saxlamadığını bildirib.
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ