“Azadlıq”a 10 gün vaxt verildi

img

14-10-2013 [16:17]


Yasamal məhkəməsinin qərarına uyğun olaraq "Azadlıq” qəzetinə 32 min manatı ödəmək üçün 10 gün vaxt verilib. Bu barədə "Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev özünün facebook hesabında məlumat verib.

Redaktor bildirib ki, bununla bağlı Yasamal məhkəməsindən "Azadlıq"qəzetinə məktub gəlib. Qəzet 10 gün ərzində "Binə” bazarının sahibi Kəbirə Məmmədovanın iddiası üzrə 32 min məbləği ödəməzsə, hesab bağlanacaq.

Xatırladaq ki, Apellyasiya Məhkəməsi, eləcə də də Ali Məhkəmə "Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın "Azadlıq” qəzetinə və onun müxbiri Ramin Dekoya qarşı iddiası üzrə qərarı qüvvədə saxlayaraq cavabdehlərin iddiaçıya müvafiq olaraq 30 min manat və 2 min manat ödəməsi barədə qərar çıxarmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR