ATU professoru: “Allergik xəstəlikləri koronavirus infeksiyasından ayırd etmək vacibdir"
09-06-2020 [13:07]
“Allergiya orqanizmin hər hansı bir maddəyə qarşı yüksək həssaslıqlı reaksiyasıdır. Adətən allergiya dəridə müxtəlif ölçüdə və formada səpkilərlə, qaşınma ilə, immun sistemi tərəfindən zəifliklə, selikli qişaların şişkinliyi ilə özünü biruzə verə bilər”.
Bunu ATU-nun II uşaq xəstəlikləri kafedrasının professoru, əməkdar elm xadimi Amaliya Əyyubova bildirib.
O qeyd edib ki, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin insan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıyır, əsasən yaz və payız aylarında özünü biruzə verir:
“Bura aiddir pollinoz (bitkilərə qarşı həssaslıq), allerqik rinit (məişət tozuna qarşı həssaslıq), bronxial astma, atopik bronxial astma, qida allerqiyası və s. Mövsümi allergiyalar təbiətdə baş verən dəyişiklərlə əlaqədar yaranır. El arasında “Bahar xəstəliyi” və yaxud “Bahar katarı” adlanan allergiya ağacların çiçək açdığı ərəfədə daha da fəallaşır. Xəstələrdə asqırma daha da güclənir, gözündən su axır, gözlər qızarır, qaşınır və şişir. Buna havada olan tozcuqlarla bərabər, yanaşı mövsümi qidalar da təsir edir. Misal üçün, çiyələk, gilas, ərik, şaftalı, tut və s. göstərmək olar. Allerqenlər insan orqanizminə dəridən, tənəffüs və mədə-bağırsaq traktı vasitəsilə keçir. Xəstəlik özünü dərhal - 20-30 dəqiqə ərzində, yaxud da 24-48 saat sonra biruzə verə bilər”.
A. Əyyubovanın sözlərinə görə, allergik xəstəlikləri son aylarda bütün dünyada yayılan koronavirus infeksiyasından ayırd etmək vacibdir:
“Burada bizə düzgün toplanan anamnez kömək edir. Yəni allergik xəstəliklər irsən keçən xəstəliklərə aiddir. Xəstəlik birdən-birə başlayır, hərarət olmur. Çox vaxt xəstə və uşağın valideyni hər il xəstəliyin hansı vaxtda baş verəcəyini bilir. Məsələn, ağacların, çiçəklərin, güllərin çiçəklənmə vaxtı və s. Mövsümdən asılı olmayan ən çox yayılmış allergenlər ev tozudur, əsas tərkibi gözlə görünməyən gənədir. Onları törədən xəstəliklər (bronxial astma, atopik bronxial astma) bütün il boyu qeyd edilir”.
O bildirib ki, pandemiya ilə əlaqədar aparılan sosial izolyasiya, karantin rejimi, evdə qalmaq müəyyən dərəcədə mövsümi allergiyadan əziyyət çəkənlərə kömək edir:
“Bayıra çıxmamaq xəstəliyin inkişafına və özünü biruzə verməsinə maneə törədir. Bu ərəfədə bizə, yəni allergoloqlara müraciət xeyli azalıb. Əlbəttə, allergik xəstəliyi olan insanlar koronavirus infeksiyasına yoluxarlarsa, xəstəlik daha da ağırlaşar və bunun nə ilə nəticələnəcəyini demək olmur. Buna görə də məsləhət görürəm ki, allergik xəstəliklər başlayan zaman həkim-allerqoloqa müraciət etməyi unutmayın”.
Professor mövsümi allergiyadan qorunmaq üçün küləkli havada bayıra çıxmamağı, evdə pəncərələrə ağcaqanad toru vurmağı və hər gün 1-2 dəfə onları yaş əski ilə silməyi, evdə tozsoran işlətməməyi, yaş əski ilə döşəmələri silməyi, hansı qidaya qarşı həssaslıq hiss edilərsə, ondan ən azı 6 ay-1 il müddətinə uzaqlaşmağı və həkim-allerqoloqun məsləhətinə riayət etməyi tövsiyə edir/APA.
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ