ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun iclası təxirə salındı
04-06-2020 [11:32]
ATƏT Parlament Asambleyasının İpək Yoluna Dəstək Qrupunun "Post-COVID-19" dövründə iqtisadiyyatın yenidən canlandırılması üçün nəqliyyat və ticarətin sadələşdirilməsi ilə bağlılığın artırılması: ATƏT PA-nın rolu nədən ibarətdir?" mövzusunda onlayn iclası keçirilib.
Mia.az xəbər verir ki, iclası giriş nitqi ilə açan qrupun sədri, ATƏT PA-nın vitse-prezidenti və ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev koronavirus pandemiyası dönəmində belə bir görüşün keçirilməsinin əhəmiyyətini vurğulayaraq üzv ölkələrin bu platformadan istifadə edərək yeni iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etməsinin əhəmiyyətini qeyd edib.
COVID-19 böhranı şəraitində nəqliyyat və ticarət prosedurlarının sadələşdirilməsinin vacibliyini iştirakçıların nəzərinə çatdıran Qrupun sədri bu prosesdə ATƏT PA-nın, İpək Yoluna Dəstək Qrupunun və üzv dövlətlərin parlamentlərinin prinsipial rol oynadığını deyib.
A.Quliyev deyib ki, görüşün gündəliyində qrupun fəaliyyəti ilə bağlı bir sıra təşkilati məsələlər də əksini tapıb. Belə ki, ATƏT PA-nın Prezidenti Georgi Tsereteli və Baş katib Roberto Montellanın 29 may 2020-ci ildə keçirilən ATƏT PA-nın Büro iclasında irəli sürdükləri təklifə əsasən Qrupun statusunun yüksəldilməsi və ATƏT PA-nın rəsmi strukturuna çevrilməsi məsələsi də müzakirə olunacaq. Belə bir təşəbbüsə görə ATƏT PA-nın Bürosuna minnətdarlığını bildirən Azay Quliyev bildirib ki, Qrupun ATƏT PA-nın Xüsusi (ad hoc) Komitə statusunu alması üzv dövlətlər arasında əməkdaşlığın yeni keyfiyyət mərhələsinin əsasını qoyacaq.
Daha sonra prezident G. Tsereteli və Baş katib R. Montella çıxış edərək Qrupun 3 il ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətəndirdiklərini və onun ATƏT PA çərçivəsində Xüsusi (ad hoc) Komitə statusunu alması məsələsi ilə bağlı fikirlərini bildiriblər. Onlar Qrupun Xüsusi Komitə qismində fəaliyyətinin davam etdirməsinin effektiv addım olacağına inandıqlarını vurğulayıblar.
Onlayn konfransa məruzəçi qismində qatılan ATƏT-in İqtisadiyyat və Ətraf Mühit fəaliyyətləri üzrə əlaqələndirici Daniel Krus çıxış edərək deyib ki, COVID-19 pandemiyası hazırkı logistika sisteminin zəifliyini göstərərək milli və regional səviyyələrdə sıx əməkdaşlığa olan ehtiyacı üzə çıxardı. Avstriyanın “Rail Cargo” şirkətinin İdarə Heyətinin üzvü Tomas Paleçek çıxış edərək COVID-19 pandemiyası dövründə təmsil etdiyi qurumun həyata keçirdiyi nəqliyyat və logistik layihələr haqqında və Avrasiyada yerləşən İpək Yolu üzərindəki dəmir yolu nəqliyyatının hazırkı durumu barədə məlumat verib.
Görüşdə qurumun 2021-2022-ci illərdə keçiriləcək beynəlxalq konfransları ilə bağlı müzakirələr də aparılıb. ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2020-ci ilin aprelində keçirilməsi nəzərdə tutulan, lakin COVID-19 pandemiyası səbəbi ilə təxirə salınan 4-cü Beynəlxalq İstanbul Konfransı 2021-ci ilin aprelinə keçirilib.
Onlayn görüşdə ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun üzvlüyünə müraciət etmiş Qazaxıstan və Macarıstanın nümayəndə heyətlərinin quruma qoşulması məsələsinə baxılıb və qəbul olunub. Beləliklə, yeni nümayəndə heyətlərinin quruma qoşulması ilə Qrupa üzv ölkələrinin sayı 27-yə çatıb.
Sonda ATƏT PA-nın vitse-prezidenti Lord Piter Bouness, İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi, Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Nabi Avcı, ATƏT PA-nın Siyasi məsələr və təhlükəsizlik üzrə ümumi Komitəsinin sədr müavini Kostel Nikulayi Dunava çıxış edərək gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildirib.
İclasda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikasının Avstriyadakı səfiri Qalib İsrafilov və Azərbaycanın ATƏT-dəki missiyasının müavini Rövşən Sadıqbəyli iştirak edib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb