Yaşar Nurinin həyat yoldaşı: "Bilirsiniz, yaşasaydı, nə gözəl nazir olardı ondan…" - MÜSAHİBƏ
03-06-2020 [16:49]
Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva Yenisabah.az-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Rəhimə xanım karantin günlərini necə keçirdiniz? 2 aydan çox evdən çıxmamaq sizi darıxdırmırdı ki?
- Mən də hamı kimi qaydalara tabe olub evdə qalırdım. Əvvəllər insanlar xəstəliyə çox da ciddi yanaşmırdılar, elə mən özüm də. Düşünmürdüm ki, xəstəlik bu qədər yayılar. Mart ayından bəri evdə oldum. Amma düzü mənim cavanlara ürəyim ağrıyırdı, mənim yaşım çoxdur, onlarsa templə yaşamağa öyrəşmişdilər. Birdən-birə bütün gün evdə qalmaq onlar üçün çətin oldu. Hərə özünə görə əziyyət çəkirdi. Mən də arabir “xaltura” edirdim, elə yol seçib qızımgilə gedirdim ki, mənə söz gəlməsin. Taksi ilə harasa gedəndə üz-gözümü elə hala salırdım ki, məni görən tanımırdı, maska, əlcək, gözümdə eynək, başımda çalma… Bir dəfə polis məni taksidə görüb özü qorxmuşdu (gülür).
- Bu gün sənət adamları tez-tez bahalı maşınları, villaları ilə gündəmə gəlirlər. Deyəsən, siz sadə həyat tərzi keçirənlərdənsiniz…
- Bilirsiniz, bu məsələ çox mürəkkəb məsələdir. Mənə bu gün heç kimin heç nəyi maraqlı deyil. Özüm “Sovetski”də böyümüşəm. Orada insanlar bir-birinə nə acıq verirdi, nə bir-biri ilə bəhsə girirdi. O vaxt o etdisə, məndə də olsun söhbətləri yox idi, əksinə, olanı da gizlədirdik. Düşünürdük ki, bəlkə, bizdə var, amma başqasında yoxdur. Mən bu tərzdə böyümüşəm. Yaşar Nuri özü də “Sovetski”də yaşayıb, o da mənim gördüklərimi görüb. Mən ailə qurmuşdum, üstündən 10-15 il keçəndən sonra gəlib deyirdilər ki, sən bilirsən həyatda nələr olur? İnsanları bir-biri ilə üz-üzə qoymaq, aldatmaq, kiməsə pul atmaq, kiminsə ailəsini dağıtmaq… O qədər söz-söhbətlər danışırdılar ki, öz-özümə deyirdim İlahi, həyatda belə şeylər olurmuş? Fikirləşirdim ki, insan ailə qurursa, bu artıq onun ailəsidir, dünyaya uşaq gəlməlidir, onu böyütməlidir və s. Ayılandan sonra nələr başa düşdüm, Yaşar yaşadığı müddətdə mən bunları analiz edib özümə uyğun bir qərar verə bilmədim, çünki başım öz ailəmə qarışmışdı. Yaşar mənim üçün evdə ən böyük uşaq idi, gündə 99 dəfə gedirdi, gəlirdi, geyinməyi, bəzənməyi mənim öhdəmə düşürdü. Yəni mən o fikirlərlə nəticə çıxara bilmədim. Yaşar dünyasını dəyişəndən sonra mən düşünməyə başladım, arxaya çevrilib baxanda dedim ki, bunlar olub, kaş mən həmin vaxt nəticə çıxaraydım, ailəmi tamam başqa istiqamətdə yönləndirərdim ki, 2012-dən bəri üzləşdiyim problemlər olmazdı.
- Həyat yoldaşınızdan sizə maşınların, mülklərin qalmaması nə ilə bağlıdır? Axı Yaşar müəllim həmişə məhsuldar aktyor olub, filmlərə, televiziya tamaşalarına çəkilib, yüksək qonorar alıb…
- Biz ailə qurandan sonra iki il kirayədə qalmışıq. Ailəsinin həyət evi var idi, Yaşar orada qalmaq istəmədi, ayrı yaşamaq istədiyini dedi. İki il 16 kvadrat metrlik yerdə kirayə qalmışıq, sonradan dövlət bizə birotaqlı mənzil, daha sonra üçotaqlı mənzil verdi, orada yaşadıq. Yəni bu illər ərzində Yaşar heç bir qapını döyüb kimdənsə onun üçün nəsə etməyini xahiş etməyib. O, teatr tarixində ən çox pul qazanan, şöhrəti olan, xalqın sevgisini qazanan aktyor olub. Ona “Sənətin generalı”, “Eloğlu” kimi adlar qoymuşdular. Biz ailəmizin təməlini qoyanda mən fikirləşmirdim ki, pul yığım, evlər alım, var-dövlət yığım və s. Hara gedirdisə, ona hörmət edirdilər, bəzən fiziki şəxslər heç özünün xəbəri olmadan hörmət edirdilər, “konvertlər”ə pullar qoyurdular. O özü heç istəmirdi, hərə məhəbbətini bir cür ifadə edirdi. Amma həmin vaxt Yaşar fikirləşmirdi ki, beş otaqlı ev alsam, hamı mənə qibtə edər. Onun dünya malında gözü yox idi, evə hansısa mebel alırdım, gələndə göstərirdim, bu onun maraq dairəsində olmurdu. Bu insan ancaq sənətlə maraqlanırdı, bir də geyinməyi çox sevirdi, stilisti də mən idim. Mən sizə and içirəm ki, mal, dövlət, pul, maşın, villa - bunların heç birində onun gözü olmayıb. O, evdə qadını sevindirməyi xoşlayırdı, məsələn, evə pul gətirirdi, deyirdi, “Rəhimə, bax, bunu götür”. Verirdi, heç baxmırdı da. Deyirdim “Dollardır bunlar. bilirsən?” Cavab verirdi ki, dolların iyini bilirəm bəsimdir. Yaşar belə qeyri-adi insan idi, əsl sənət adamı idi. Lakin indi nələr baş verir? Bu gün efirlərdə evlərini, maşınlarını göstərirlər. Mənim fikrimcə, evlərini, maşınlarını o insanlar göstərə bilər ki, onlar sənətdə öz yerlərini tutublar, təcrübələri var, illərlə püxtələşiblər. Bax, onda mən deyərəm ki, halal olsun. Amma indi dünən, bu gün çıxanlar mal-mülklərini göstərirlər. Bəlkə, kimdəsə yoxdur? Biri kəsər qabağınızı, soruşar ki, a kişi, sizdə pul hardandır? Elə nüanslar var ki, onları müəyyən müddətə qədər gizli saxlamalısan. O zirvəyə çatandan sonra açıqlamaq olar. Biz Yaşarla heç vaxt deməmişik ki, gəlin bizim evimizə baxın. Bizim sonuncu yaşadığımız ev Mətbuat prospektində, Milli Məclisin arxasında idi. Üç otaqlı, təmirli ev idi, lakin mətbəxi balaca idi, böyütmək ehtimalımız var idi, Yaşara dedim, dedi mənim nəyimə lazımdır? Axırda ustalarla danışdım, özünə dedim dedi, nə edirsiniz edin, mən gələnə ev təmiz olsun. Bu adam belə idi. Məsələn, evə kimsə gələndə də mənim ixtiyarım yox idi görüşməyə. Onun dostları ilə də yaxın münasibətim olmayıb, evə kiminsə gəlməyini sevməzdi, ancaq çəkiliş gələ bilərdi. Onlar da gələndə mən qapını bağlayıb keçərdim otağa. O evini kiməsə göstərməyi sevmirdi. Amma indikilər çıxıb göstərirlər ki, mən filan villada yaşayıram. Hə, noolsun? Hələ bir sənətdə müəyyən zirvəyə çat, 50-60 yaşın olsun, nə isə qazan ondan sonra çıx villa yox, lap elə saray göstər. Mən cavanların maşın, var-dövlət, pulla gündəmə gəlməklərinin tərəfdarı deyiləm. Yaşar dünyasını dəyişəndən sonra mən evimi satdım. Nə gizlədim, orada qala bilmədim, psixoloji olaraq sıxıldım, hər şey mənə Yaşarı xatırladırdı. Oranı satandan sonra Nərimanov heykəlinin yanında qalıram. Lakin şikayət etmirəm. Əgər Yaşar istəsəydi, bizim beş villamız olardı. O, ən müxtəlif insanlarla ünsiyyətdə olurdu, nazirdən tutmuş xadiməyə qədər hamı ilə dost idi. Hansı qapını açsaydı, ona “yaşıl işıq” idi. O vaxt gərək ağlımız olaydı. Özümüzə gün ağlayardıq ki, indi Yaşarın dünyada olmadığı vaxtda mən nələrdənsə istifadə edərdim, bir gözəllik salonu və ya obyekt açardım, gəlir əldə edərdim. Vaxtilə ona o qədər təkliflər gəlirdi ki, hamısına yox deyirdi, yalnız sənəti ilə gündəmə gəlmək istəyirdi. 2012-dən bəri mən müxtəlif yerlərə müraciət etmişəm, problemimi anlatmışam. Bilirsiniz, Yaşar Nurinin “Şöhrət” ordeninə görə, sənət adamı olduğuna görə müəyyən güzəştlər olmalıdır, bu mənim xahişimlə deyil, qanunla olmalıdır. Lakin onların heç birini həyata keçirməyiblər. Mən ad çəkmək istəmirəm, amma müəyyən qurumlara yazılı müraciət etmişəm, tələb etmişəm, amma “bu gün, sabah” deyə-deyə hələ də məsələ qalıb. Mən sizdən gizlətməyəcəm, Yaşarın sənətdə çəkdiyi bu qədər əziyyətin qarşılığında mən 200 manat təqaüd alıram. Ayıbdır, ya yox? Mən qətiyyən ağlamıram, iki qızım var, onlar kişi xasiyyətli qadınlardır, amma mən niyə həyat yoldaşımın bu qədər əziyyətini çəkdiyim halda kiminsə əlinə baxmalıyam? Mən təkcə öz adıma danışmıram, dünyasını dəyişən sənət adamlarının xanımlarının da adından danışıram. Niyə hansısa aktyorun xanımı Türkiyədən mal gətirib satmalıdır? Niyə onlar alverlə məşğul olmalıdır ki, ailəsini dolandırsın, bu mənə çox toxunur. O gün Xalq artistlərindən birinin xanımı zəng edib deyir ki, qızımın təhsil haqqını ödəyə bilmirəm, mənə nə yol göstərə bilərsiniz? Mən oturub ağladım. Niyə belə olmalıdır axı?
- Sənətkarların ailə üzvləri həmişə biganəlikdən gileylənirlər. Deyəsən, həyat yoldaşınızdan sonra siz də yaddan çıxmısınız…
- Hazırda sosial şəbəkələr, telefon var, belə əlaqə yaradılır. Guya gəlib-gedib nə edəcəklər ki? Onların özlərinə yardım edən lazımdır, mənə nə yardım edəcəklər? Əgər hansısa aktyor, aktrisa 1200-1400 maaş alırsa, başqasına necə kömək edə bilər? O özünü güclə dolandırır. Bununla xüsusi orqanlar məşğul olmalıdır, hansı ki, onların işi sırf sənətlə bağlıdır.
- Sizcə, Mədəniyyət nazirinin dəyişməsi ilə bu kimi problemlər həll oluna bilərmi?
- Bu, ictimai mövzudur, düzü buna çox da qarışmaq istəmirəm. Əgər kimsə uzun müddət bir vəzifədə işləyirsə, günahı varsa, vaxtında onun qarşısını almaq lazım idi. Qərar nədisə, o da həyata keçməlidir. Mən dövlətin qərarlarını dəstəkləyirəm. İndi yeni gələn nazir kim olsa, arzu edərəm ki, bizim də problemlərimiz daxil olmaqla, nələrisə həll edə bilsin. Amma kiminsə təyin olunması, onun yeni qərarlar qəbul etməsi uzun çəkəcək. O vaxta qədər də ehtiyacı olanlar həyatda olacaq ya yox, heç bilinmir. Bəlkə də gec olacaq.
- Mədəniyyət naziri postunda kimi görmək istəyirsiniz?
- Kimi nazir görmək istəyərəm, o mənim ürəyimdədir. Kimi qoyacaqlar, bilmirəm. Əlbəttə, Yaşar sağ olsaydı, mən onun nazir olmağını istəyərdim. Çünki o, xalqın sənətkarı idi, xalqı duyan, başa düşən adam idi. 7 yaşından səhnədə idi, bilirdi ki, bu sənətdə nələr baş verir. Hərəni öz dili ilə dindirərdi, yola verərdi. Sözünün ağası idi, nə dedisə mütləq edərdi. Bir-bir hamını qəbul edib, dinləyərdi. Bilirsiniz, yaşasaydı, nə gözəl nazir olardı ondan…
Əsmətxanım
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO