"Heç kim saxlanılmayıb" - Paytaxt polisi MM-in qarşısındakı aksiyaya cəhdlə bağlı xəbər yaydı

img

26-05-2020 [17:10]


Bu gün Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirilməsinə cəhd olub.

“Report”un xəbərinə görə, polis "Qarabağa azadlıq" şüarı ilə təşkil olunan aksiyanın qarşısını alıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşlar tərəfindən ərazidən uzaqlaşdırılıb.

O qeyd edib ki, aksiyaya cəhd zamanı heç kəs saxlanılmayıb.

Xatırladaq ki, Müsavat Partiyasının başqanı Arif Hacılı özünün facebook profilində bir neçə şəxsin saxlanldığı barədə məlumat yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR