"Xəbər məni olduqca kədərləndirdi"- İlham Əliyev Pakistan prezidentinə başsağlığı verdi

"Xəbər məni olduqca kədərləndirdi"- İlham Əliyev Pakistan prezidentinə başsağlığı verdi

GÜNDƏM

22.05.2020, 18:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə məktub ünvanlayıb. 

Başsağlığında deyilir: 

"Hörmətli cənab Prezident,

Kəraçi şəhəri yaxınlığında Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR