Polis rəisinin oğlu faciəli şəkildə vəfat etdi

img

22-05-2020 [12:02]


Binəqədi Dövlət Yol Polisi şöbəsinin rəisi Mərdan Əliyevin oğlu Elvin Əlizadə faciəli şəkildə dünyasını dəyişib.

Yenisabah.az-a daxil olan məlumata görə, hadisə bu gün baş verib. Mərdan Əliyevin oğlu qəfildən müvazinətini itirərək yerə yıxılıb və başından xəsarət alıb. O, Respublika Diaqnostika Mərkəzinə gətirilsə də, həyatını xilas etmək olmayıb.  

Məlumata görə, mərhumun 32 yaşı var. O, yenicə ailə həyatı qurubmuş. 

Elvin Əlizadə yol polisi əməkdaşı olub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR