Kamran Əliyevdən daha bir - Təyinat

img

21-05-2020 [17:48]


Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Natiq Hüseynov Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsindən azad edilərək, Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi təyin olunub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə,  yeni rəis Natiq Hüseynov 2007-ci ildən prokurorluq orqanlarında işləyir. 

1998-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində məsul vəzifələrdə, 2008-ci ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR