AXCP üzvü həbs olundu - Terrorçuluğu maliyyələşdirmə ittihamı ilə 

img

18-05-2020 [18:11]


Səbail Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Vəkil Əhməd Fərhadov "Report"a bildirib ki, məhkəmə istintaqa orqanının təqdimatına əsasən, N.Əhmədovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

N.Əhmədov Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR