Tanınmış jurnalistlər səsvermə prosesini izləyəcəklər

img

08-10-2013 [19:28]


"Jurnalist-QHT Koalisiyasının üzvləri 150 məntəqədə seçkilərin gedişini izləyəcəklər. Paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Tovuz, Şəmkir, Cəlilabad, Lənkəran, Xaçmaz və digər böyük şəhərlərdə də müşahidəçilərimiz fəaliyyət göstərəcəklər”.


Bu sözləri "MİA"ya açıqlamasında Jurnalist-QHT Koalisiyasının rəhbəri Seymur Verdizadə deyib. S.Verdizadə bildirib ki, Koalisiyanın müşahidəçiləri sırasında Azərbaycanın tanınmış imza sahibləri də var:

"Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə, "Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd, Demokratik Jurnalistlər Liqasının sədr müavini Malik Bayramov, tanınmış jurnalist Xanoğlan Əhmədov, "Ruh” AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov və daha bir neçə jurnalist tərəfimizdən müşahidə missiyasına daxil edilib. Seçki kampaniyası başa çatandan sonra yekun hesabat hazırlanacaq. Seçkinin nəticələri qiymətləndirilərkən müşahidəçilərimizin rəyi əsas götürüləcək”.

S.Verdizadə deyib ki, onun özü səsvermə prosesini 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin bir neçə məntəqəsində izləyəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA