Müğənni həkimin həbsini tələb etdi: "Bu, artıq neçənci gənc xanımdır ki..." - VİDEO
MƏDƏNİYYƏT
14.05.2020, 12:46
Xəbər verdiyimiz kimi 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Onun həkimi məşhur plastik cərrah Sirus Qoçxani olub.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirə olunan məsələyə müğənni Afaq Aslan da sərt reaksiya verib.
İfaçı Siruz Qoçxanini qatil adlandırıb və onun həbs edilməsini tələb edib:
“Bu videoya baxan insanın ürəyi necə param-parça olmasın axı? Bu gənc qızın yerində hər birimizin övladı və ya yaxını, doğması ola bilər! Bu qaçılmazdır... Amma mənə maraqlı gələn isə həkim deməyə belə dilim gəlməyən, daşıdığı həkimlik peşəsinə böyük bir ləkə olan "estetik cərrah"(heç bir tibbi savadı olmayan mal həkimi) Siruz Qoçxani sizcə, gənc xanımların həyatlarını niyə məhv edə-edə gedir??? Bu artıq neçənci gənc xanımdır Siruz Qoçxani əməliyyat masasında öldürür və hərkəs buna susur!!! Niyə heç kim də buna heç bir reaksiya vermir? Deməli, bir il bundan öncə mən bu həkimlə bağlı bir paylaşım etdim, dərhal əl-ayağa düşərək başladı bütün jurnalistlərə pul paylamağa və mənim açıqlamamı xəbər səhifələrindən sildirməyə! Hətta öldürdüyü gənc xanımların ailələrini belə pulla susdura biləcək gücü hardan alır bu Siruz bəy, çox maraqlıdır! Kimə güvənir? Bəs bu qədər insanların həyatına son qoyur niyə hüquq mühafizə orqanları həbs etmir bu qatili? Bəlkə, bunun bizim millətlə nəsə bir şəxsi qərəzliyi var deyə cavan-cavan qızları öldürə-öldürə gedir?! Yəqin ki, Siruz bəy ölkəmizdə ermənilər tərəfindən məaliyyələşdirilən və yüksək qonorarlar müqabilində bilərəkdən sifarişli şəkildə həmyerlilərimizi öldürən bir fiqurdur! Məncə, hüquq mühafizə orqanları Siruz Qoçxani barəsində ciddi araşdırma aparmalıdır görək arxasında kim dayanır bu Siruz bəyin? Kimə güvənir? Və millətimizi qırıb batırmaqda məqsədi nədir? Kimdir görəsən bu həkimi məaliyyəşdirib həbs olunmasına imkan verməyən? Bu həkimə bilirsiniz nə etmək lazımdır? Dövlət başçısının xüsusi götərişi ilə DTX-nın keçirməkdə olduğu həbs qəti imkan tədbirləri nəticəsində millətimizin qanını içən və dövlətə xəyanət edən icra başçılarının həbsə salındıqları dustaqxanada Siruz Qoçxaniyə də bir kamera hazırlatmaq lazımdır ki, bütün cəmiyyətə də örnək olsun ki, belə dırnaqarası həkimlərin yeri xəstəxana yox həbsxanadır”.
Qeyd edək ki, ölüm may ayının 11-də “Baku Medical Plaza”da qeydə alınıb. Əslən Qəbələ rayonundan olan 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Məlumata görə, hadisə yerində olan T.Musazadənin anası bildirib ki, bundan öncə də qızı 2 dəfə plastik əməliyyat keçirib. Bu dəfə isə onun üzərində gluteoplastika-popo şəkilləndirmə əməliyyatı keçirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Bugün, 11:44 GÜNDƏM
-
Daha bir CHP funksioneri saxlanıldı – Şok ittihamlarla
Bugün, 11:20 GÜNDƏM
-
Türkiyədə nəhəng çəyirtkə xofu: qorxuludurmu?
Bugün, 11:12 DÜNYA
-
BŞİH-də müşavirə keçirilib
Bugün, 10:59 CƏMİYYƏT
-
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçimi başlayıb
Bugün, 10:44 CƏMİYYƏT
-
"Azəriqaz" İB-nin baş direktoru 8500 manat cərimələnib - Komitə sədri sənədli fakt yaydı
Bugün, 10:20 GÜNDƏM
-
Azərbaycan əhalisi artıb - Son statistika
Bugün, 10:09 CƏMİYYƏT
-
ABŞ ötən gecə İranın bir çox bölgələrinə zərbə endirib - SİYAHI
Bugün, 10:02 GÜNDƏM
-
Pentaqon təsdiqlədi: “İranın hücumları zamanı bu ay 100-dək hərbçimiz yaralanıb”
Bugün, 09:49 GÜNDƏM
-
Prezident İlham Əliyev Endi Börnhemə təbrik məktubu ünvanlayıb - MƏTN
Bugün, 09:41 GÜNDƏM
-
Magistraturaya ixtisas seçimi başlayıb
Bugün, 09:34 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 94 dollara çatdı
Bugün, 09:28 GÜNDƏM
-
Daha bir qanunsuz estetik əməliyyat... - Baş Prokurorluq Gülbadə Abdullayeva ilə bağlı məlumat yaydı
Bugün, 09:09 KRİMİNAL
-
BÖLGƏ YENİDƏN BÖYÜK MÜHARİBƏYƏ SÜRÜKLƏNİR: ABŞ və İranın zərbələri şiddətlənir
Bugün, 00:32 GÜNDƏM
-
CENTCOM: “İrana qarşı yeni hücum dalğası başlayıb”
Bugün, 00:27 GÜNDƏM
-
ABŞ-da benzinin qiyməti kəskin bahalaşdı
Bugün, 00:20 İQTİSADİYYAT
-
Tarlada 15-20 qəpik, süfrəyə çatanda 5 manat.. - Fermerlərin çiyələk bazarında böhranın səbəbi nədir?
Bugün, 00:08 İQTİSADİYYAT
-
"Biz mətbuatın ən “bərkgedənləri” ilə işləyirik” - deyən İmişli klubu...
Bugün, 00:06 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:06 MƏDƏNİYYƏT
-
Britaniyanın yeni Baş naziri: “10 illik yeni proqram hazırlanacaq”
20.07.2026, 23:29 DÜNYA
-
Prezident İlham Əliyev Almaniyada - FOTOLAR (YENİLƏNİB)
20.07.2026, 21:57 SİYASƏT
-
Zahid Ouc: "Azərbaycanın AŞPA-dan çıxması regional dezinteqrasiya prosesləri üçün presedent yarada bilər"
20.07.2026, 20:37 SİYASƏT
-
İranın Şiraz şəhəri bombalanıb
20.07.2026, 20:09 DÜNYA
-
Jurnalist Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib - Mətbuat Şurasında tədbir + FOTOLAR
20.07.2026, 19:43 PRESS
-
Süni intellektlə hazırlanan ilk tarixi sənədli film.. - "Sultan Həsən Bahadur"un təqdimatı keçirilib
20.07.2026, 19:40 MƏDƏNİYYƏT
-
Sosial şəbəkədə qadını şantaj edən şəxs saxlanılıb
20.07.2026, 18:34 KRİMİNAL
-
DİN və MEDİA birgə məlumat yaydı: "İnanmayın!"
20.07.2026, 18:21 GÜNDƏM
-
4 illik Məşğulluq Strategiyası: nələr olacaq? - ƏƏSMN-dən izahat
20.07.2026, 18:19 İQTİSADİYYAT
-
Xarici İşlər Nazirliyi məlumat yaydı
20.07.2026, 17:47 SİYASƏT
-
Müğənni Xatirə İslamla ərinin videosi haqqında rəsmi - Açıqlama + VİDEO
20.07.2026, 17:17 ŞOU-BİZNES
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
20.07.2026, 17:00 İQTİSADİYYAT
-
Hökumətdən KTN-lə bağlı iki qərar: kollegiya tərkibi genişləndi, xidməti maşınların sayı artırıldı
20.07.2026, 16:48 İQTİSADİYYAT
-
Səbuhi Məmmədov Serbiyada həbs edilib
20.07.2026, 16:15 KRİMİNAL
-
Şimal bölgəsində azçəkili uşaqlar niyə doğulur? - Perinatal ölüm və narahatedici ölüdoğulma statistikası
20.07.2026, 16:05 CƏMİYYƏT