“Yuventus”un yarımmüdafiəçisi İtaliyaya qayıtmaqdan imtina edir

img

12-05-2020 [14:49]


“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo İtaliyaya qayıtmaqdan imtina edir.

Mia.az Qol.az-a istinadən xəbər verir ki, futbolçu maaşlarının azaldılmasına etiraz olaraq bu addımı atıb.

Qeyd edək ki, Turin klubu koronavirus pandemiyasının yaratdığı ağır iqtisadi çətinlik səbəbindən futbolçuların maaşında ixtisar edib.

Hazırda komanda məşqlərini bərpa etsə də, 25 yaşlı oyunçu vətəni Fransadadır və uzun müddət orada qalmaq fikrindədir. Məlumata görə, Rabyo geri qayıtmaqla bağlı “Yuventus”un zənginə cavab verməyib. Sonra isə o, Turinə getməyəcəyini bildirib.

“Yuventus” isə futbolçunun bu addımını qeyri-peşəkarlıq kimi qiymətləndirir. Onlar hesab edir ki, Rabyo əslində onun İngiltərə Premyer Liqada oynamasını istəyən anası və agentinin sözlərinə uyaraq geri qayıtmır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA