"Özünü yazıq obrazına qoyması, əyilə-əyilə, əzilə-əzilə danışması yersizdir" - Partiya sədri nazir haqda nələr danışmadı ki...
11-05-2020 [19:41]
Xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Mədəniyyət Nazirliyində əməliyyat keçirilməsi mədəniyyət xadimləri arasında birmənalı qarşılanmadı. Ziyalılar ölkə mədəniyyətini təmsil edən bu nazirlikdə rüşvət və korrupsiyanın olmasına görə təəssüfləndiklərini bildirdilər.
Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev nazir Əbülfəs Qarayevin fəaliyyətinin araşdırılmasının vacibliyini vurğulayıb:

“Əbülfəs Qarayevlə komsomolda eyni vaxtda işləmişəm. Onun özünü mələk cildində göstərməsini çoxdan bilirdim, onu çox gözəl tanıyıram. DTX-nın Mədəniyyət Nazirliyində apardığı əməliyyatın hamımız şahidi olduq və sizə deyim ki, orda baş verən özbaşınalıqların hamısında Ə.Qarayevin “əli” var. Nazir müavini R.Bayramovun və nazirlik yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə dövlət xidmətinin rəisi Z.Sultonavun əməllərinin başında Ə.Qarayevin özü dayanır. Onun 26 ildir Turizm və Mədəniyyət Nazirliyini bərbad hala salmasını beş-altı il öncə demişəm və onların hamısı saytlarda var. Çox maraqlıdır ki, Ə.Qarayevin əməllərini görənlər bunu gizlədirlər. Bunun başında duran qüvvələr var idi. Onun E.Mahmudovla yaxın münasibətləri var. Ə.Qarayevin xaricdə mülklərinin olması hamıya bəlli idi.
Təəssüflər olsun ki, bunu bilən insanlar baş verənləri ölkə başçısına məruzə etməyib niyə nankorluq etdilər?! Ə.Qarayevin “şapka” almadığı mədəniyyət işçisi, idarəsi qalmayıb. O, belə bir insan idi, nazirliyi dədə mülki kimi çapıb-talayır. Təsadüfən xarici vətəndaşlardan biri öz təəssüratlarını mənimlə bölüşdü. Dedi ki, “dünyanın bütün yerlərini gəzib-dolanmışam, amma Azərbaycanda möcüzəylə rastlaşdım. Ə.Qarayevin bağında qonaq oldum və onun bağından yeraltı tunellə dənizə qayıqlar çıxır”. Siz görün neçə milyardlar hesabına bu cür villalar tikdiriblər. Bunların hamısı rüşvətxorluqdan, özbaşınalıqdan, heç kimi saymamaqdan irəli gələn məsələlərdir. Bu adamların komandaları hələ hakimiyyətdə qalmaqdadır və biz də bunları deyəndə küçə uşaqlarını üstümüzə qaldırırlar.
Bu gün Ə.Qarayevdən xalqdan, dövlətdən mənimsədiyi pullar geri qaytarılmalıdır. O, mədəniyyət sahəsini iflic vəziyyətinə salıb. Fəxri adların verilməsində də haqsızlıqlar var, dəfələrlə bununla bağlı mənə müraciətlər olub. Əməkdar artist, bəstəkar Tahir Əkbər dünyasını dəyişdi, həyat yoldaşı və qızı evsiz qaldı. O, öləndə mənə də şikayət etdilər, hətta həyat yoldaşı istədi ki, Tahirin meyitini aparıb Türkiyədə dəfn etsin. Bu da Azərbaycanı sevməyən qüvvələrin arzusu idi və açığını deyim ki, bunun qarşısını mən aldım. Hətta yuxarıda olan bəzi səlahiyyətli şəxslərə də bununla bağlı məlumat verdim. T.Əkbəri sağlığında Ə.Qarayev heç qəbuluna buraxmamışdı. Yəni o, belə bir əxlaqa malik bir insan olub. Eyni zamanda, o, harda çılpaq gəzən qızlar var onlara fəxri adlar verib, amma xidməti olanlar qalıb qıraqda. Əməkdar artist Cavanşir Məmmədov və Firuzə İbadova qəbulumda oldu. Onların indi də sənədləri məndə qalıb. Dedim ki, bu insanların xidmətləri olub, Azərbaycan xalqına və rəhmətlik Heydər Əliyevə çox sadiq olublar. Hətta onlara da böyük summa təklif etmişdi ki, fəxri adın öz qiyməti var. Belə bir adamın fəaliyyəti dövlət başçısına və xalqa böyük utanc gətirir. Bu gün Ə.Qarayevin özünün və ətrafında olan adamların etdiyi saxtakarlıqlarda heç kim deyə bilməz ki, onun “əli” olmayıb. O, elə bir adamdır ki, onsuz heç kim hansısa işə gedə bilməz. O, respublika üzrə ən böyük rüşvətxorun biri olub.
Ölkədə turizm sahəsini iflic vəziyyətinə saldığı üçün bunu Mədəniyyət Nazirliyindən ayırıb ayrıca Turizm Agentliyi yaratdılar. Guya bu mədəniyyət sahəsində hansı işi görüb ki?! Kəndlərdəki mədəniyyət evlərində it saxlayırlar. Həmin mədəniyyət evlərinin bərpası üçün dövlət tərəfindən milyonlarla pul ayrılıb və bu da Ə.Qarayevin cibinə gedib. Ona görə də onun bu gün azadlıqda olması dövlət üçün təhqirdir. Bu cür məmurların xalqa xidmət etməməsini dəfələrlə demişik. Bu adamlar yerində olmayan məmurlardır. 26 il nazir olmaq olar? Bunun 26 milyarddan artıq pulu var, onun xaricdəki biznesləri araşdırılmalıdır. Onun özünü yazıq obrazına qoyması, əyilə-əyilə, əzilə-əzilə danışması yersizdir, vaxt itirmədən o, həbs edilməlidir. Dəfələrlə demişəm, bir neçə nazir vəzifədən getdikdən sonra yığdıqlarını yeyir və dövlətə də xəyanət edirlər. Özlərinin “əlaltılarını”, “küçə uşaqlarını” üstümüzə qaldırmağa çalışırlar, istəyirlər hədəfdən yayınsınlar, amma bu da mümkün olan məsələ deyil. Ə.Qarayev və digərlərinin ölkə başçısının və ailəsinin ünvanına danışdıqlarının səs yazıları da var, bunlar da ortaya çıxarılmalı və heç nə bağışlanmamalıdır. Bu hələ Azərbaycanı talan edən Əbülfəs Qarayevlər hakimiyyətdə çoxdur. Onun E.Mahmudovla ortaq olması aşkar edilməlidir və düşünürəm ki, bu sahədə ciddi araşdırmalar aparılıb nəticəsi Azərbaycan xalqına təqdim olunmalıdır”.
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq